Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-344/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin nümayəndələri X1 və X5, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1996-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 1, mənzil 20-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 333.3 və 511.1-ci maddələri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müyyən olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 01:19 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21011” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, N.Gəncəvi prospektində maşını öz oxu ətrafında fırladaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. (materiala əlavə edilmiş videogörüntü). Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 01:19 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21011” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, N.Gəncəvi prospektində maşını öz oxu ətrafında fırladaraq avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etdiyindən və zərərçəkmiş şəxsə maddi ziyan vurduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X10 bildirdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 01:19 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21011” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək avtoxuliqanlıq hərəkətlərinə yol vermiş, zərərçəkmiş şəxsə maddi ziyan vurmuş, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirdi ki, yol kənarında olan köşkün sahibidir. Şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində onun köşkünə maddi ziyan dəymiş, ziyan ödənilməmişdir. Təxmini olaraq ziyanın məbləği 500 manata yaxındır. Maddi ziyanın ödənilməsini tələb etdiyini qeyd edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, sərxoş vəziyyətdə avtomaşın idarə etdiyinə görə əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri əsas gətirib məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafəçisi X6 bildirdi ki, Şəxs cavan olmasını, ailəli olmasını, əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirərək, qeyd edilənləri əsas gətirib məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, onun müdafiəçisinin izahatlarını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 511.1-ci maddələrində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan 1 ədəd DVD diskdə olan görüntülərdən məlum olur ki, Şəxs idarə etdiyi avtomobili ilə avtoxuliqanlıq etmişdir. İş materiallarına əlavə edilmiş 04069 protokollaşdırmadan görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli qüsur aktından görünür ki, X7 məxsus köşkə 480 manat məbləğində maddi ziyan dəymişdir. xx xxxx 2021-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa xx xxxx 2021-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsində maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə onun ilk dəfə inzibati xəta törətdiyini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alsa da, onun barəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-in 327.1-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Buna görə də inzibati xəta haqqında protokol həmin hissədə müvafiq tədbirlər görülməsi üçün daxili işlər orqanına qaytarılmalıdır. Zərərçəkmiş şəxs X7 dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 511.1-ci maddələri ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Gəncə şəhər Baş Polis İdarəsinə və Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təqdim edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə müvafiq tədbirlər görülməsi üçün inzibati xəta haqqında protokol daxili işlər orqanına qaytarılsın. Zərərçəkmiş şəxs X7 dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-344/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-344/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver