Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-345/2020 13.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Gəncə şəhər Nizami RPİ-nin rəisi polis polkovniki X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Nizami RPİ-nin rəisi polis polkovniki X2 tərəfindən oğlu tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № 0283370saylı inzibati tənbeh vermə haqqında qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsinə və iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Elektron məhkəmə sisteminin çıxarışından görünür ki, şikayətçi X1 ünvan 1 qeydiyyatındadır, həmin ünvan isə Göygöl rayonunun inzibati ərazisidir. Buna görə də hazırkı iş baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 106, 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə şəhər Nizami RPİ-nin rəisi polis polkovniki X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № 0283370saylı inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-345/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-345/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver