Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-347/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə regional ərazi şöbəsinin nümayəndəsi, baş əmək müfəttişi X4, Şikayət vermiş şəxs X5 iştirakı ilə Həsənov Murtuzəli Namaz oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibati işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, 16 mart 2020-ci il tarixdə X22 tərəfındən Nazirlik aparatı və tabeli qurumlarda çalışan əməkdaşların "Novruz bayramı” münasibəti ilə kollektiv mükafatlandırmaları haqqında 25 saylı Əmrini rəhbər tutaraq Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun direktoru həmin tarixdə mahiyyəti üzrə Ü-71 saylı Əmr imzalamışdır. Əmrdə mükafat almaq hüququ olan işçilərin qanunvericiliklə muəyyən edilmiş qaydada mükafatlandırılmalarının təmin edilməsi Heyvandarlıq Elmi–X9 və mühasibat uçotu şöbəsinin müdiri kimi ona həvalə edilmişdir. Ona görə quvvədə olan qanunvericiliyin tələblərinə uyğun intizam tənbeh tədbiri olan əməkdaşlardan “iribuynuzlu qaramal və atların yetişdirilməsi, selleksiyası İaboratoriyası"nın kiçik elmi işçisi X12 da daxil olmaqla bəzi əməkdaşlara bu əmr şamil olunmamışdır. Bununla bağlı X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəcə regional ərazi şöbəsinə müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 10.09.2020 ci il tarixdə onun barəsində inzibati protokol tərtib olunmuş,15 sentyabr 2020-ci il tarixdə isə həmin Məcəllənin 114.1.1 və 115–ci maddələri rəhbər tutularaq qərar qəbul olunmuş, inzibati tənbeh növü kimi ona 700 (yeddi yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Hesab edir ki, onun barəsində qəbul edilmiş həmin qərar qanuna zidd qərardır. Belə ki, həmin qərar qəbul olunarkan Əmək Məcəlləsinin 185 və 190-cı maddələrinin tələbləri nəzərə alınmadan ona qarşı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi tətbiq olunmuşdur. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəcə regional ərazi şöbəsinin 15.09.2020 tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X19 Xidməti Gəcə regional ərazi şöbəsinin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün barəsində inzibati xəta haqqında MN ******* nömrəli, 10.09.2020-ci il tarixli protokol tərtib edilmişdir. X11 tərəfindən Əmək Məcəlləsinin 154.1-ci maddəsinin tələbi pozularaq kiçik elmi işçi X18 Bayramına görə kollektiv mükafatlandırma zamanı mükafatın verilməməsini nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədə düşmüş hesab edilir. Əmək Məcəlləsinin 185-i maddəsində nəzərdə tutulmuş, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilər. Göründüyü kimi, Novruz bayramına görə kollektiv mükafatlandırma işçinin hər hansı fəaliyyətinə verilən həvəsləndirici fərdi mükafat deyil. Qanunvericilikdə həmçinin intizam tənbehi aldıqdan sonra hansı müddətdə mükafatlandırıla bilməsi də nəzərdə tutulmur. Buna görə də hesab edir ki, Novruz Bayramına görə işçilərin kollektiv mükafatlandırılmasında ayrı-seçkiliyə yol verilib və bu səsəbdən X11 tərəfindən Əmək Məcəlləsinin 154.1-ci maddəsinin tələbi pozulduğuna görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə inzibatı tənbeh növü tətbiq edilib. Ona görə də həmin 15.09.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərar qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X11 şikayət ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Şikayətin təmin edilməsini, X19 Xidməti Gəcə regional ərazi şöbəsinin 15.09.2020 tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, 16 mart 2020-ci il tarixdə X22 tərəfındən Nazirlik aparatı və tabeli qurumlarda çalışan əməkdaşların "Novruz bayramı münasibəti ilə kollektiv mükafatlandırmaları haqqında” 25 saylı əmrini rəhbər tutaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru həmin tarixdə mahiyyəti üzrə Ü-71 saylı Əmr imzalamışdır. Əmrdə mükafat almaq hüququ olan işçilərin qanunvericiliklə muəyyən edilmiş qaydada mükafatlandırılmalarının təmin edilməsi Heyvandarlıq Elmi–X9 və mühasibat uçotu şöbəsinin müdiri kimi ona həvalə edilmişdir. Ona görə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun intizami təbeh tədbiri olan əməkdaşlardan “irıbuynuzlu qaramal və atların yetişdirilməsi,selleksiyası laboratoriyası"nın kiçik elmi işçisi X12 da daxil olmaqla bəzi əməkdaşlara bu əmr şamil olunmamışdır. Ona görə də ona mükafat hesablanmamışdır. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, X19 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X4, şikayətçinin məhkəmə iclasında verdiyi izahatı araşdıraraq və işdə olan digər sübutlarla birlikdə tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəcə regional ərazi şöbəsinin əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş 10 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinin tələbini pozaraq kiçik elmi işçi Yusif Əbdüləzimova 2020-ci ilin mart ayının əmək haqqı ödənilərkən mart ayı üzrə nəzərdə tutulmuş mükafat nəzərə alınmayaraq hesaba ödənilməmişdir. Nəticədə X11 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəcə regional ərazi şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinin tələbləri pozulduğuna görə 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq X14 direktoru Mahir Hacıyev tərəfindən vedrilmiş 16 mart 2020-ci il tarixli əmrdən görünür ki, “Novruz bayramı” münasibətilə elmi əməkdaşlara, texniki və xidmət işçilərinə 2020-ci ilin Büdcə smetasından “əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri” nəzərdə tutulmuş vəsait hesabına X26 əsasən aylıq tarif maaşının 50%-i həcmində mükafatın ödənilməsi, mükafat almaq hüququ olan işçilərin qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilməsi, maliyyə və mühasibat uçotu şöbəsinə bu əmrdən irəli gələn məsələləri öz daxilində həll edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilərək məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası X22nin 16.03.2020-ci il tarixli, 25 nömrəli əmrinin surərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” rəhbər tutularaq “Novruz bayramı” münasibəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularına (mükafatlandırılan dövlət qulluqçularının siyahısı əlavə olunur) müvafiq olaraq bir aylıq vəzifə maaşı məbləğində mükafat verilməsi, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri mükafat almaq hüququ olan işçilərinin qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatlandırılmasını təmin etmələri qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X15 İnstitutu Ü-71 saylı, 16.13.2020-ci il tarixli əmrə əlavə edilmiş mükafat almaq hüququ olmayan işçilərin əlavə edilmiş siyahısından görünür ki, həmin siyahıya X6 adı da əlavə edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq X14 direktoru Mahir Hacıyevin 13 yanvar 2020-ci il tarixli Ü-15 nömrəli əmrindən görünür ki, ona işə götürən tərəfindən töhmət elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci hissəsində göstərilmişdir ki, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Elmi–X9 və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsində çalışır. 16 mart 2020-ci il tarixdə X22 tərəfındən Nazirlik aparatı və tabeli qurumlarda çalışan əməkdaşların "Novruz bayramı” münasibəti ilə kollektiv mükafatlandırmaları haqqında 25 saylı Əmrini rəhbər tutaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru həmin tarixdə mahiyyəti üzrə Ü-71 saylı əmr imzalamışdır. Əmrdə mükafat almaq hüququ olan işçilərin qanunvericiliklə muəyyən edilmiş qaydada mükafatlandırılmalarının təmin edilməsi Heyvandarlıq Elmi–X9 və mühasibat uçotu şöbəsinin müdiri kimi X7 tapşırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq X14 direktoru Mahir Hacıyevin həmin Əmrə əlavə edilmiş “mükafat almaq hüququ olmayan işçilərin siyahısı”nda X6 adı da göstərildiyindən (13 yanvar 2020-ci il tarixli Ü-15 nömrəli əmr ilə X8 töhmət elan edildiyindən) ona mükafat hesablanmamışdır. Məhkəmə şikayətin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən mükafat-əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. İş materiallarından göründüyü kimi X8 töhmət 13 yanvar 2020-ci ildə verilməklə həmin töhmət mükafat hesablanan vaxt qüvvədə olmuşdur. X8 o müddət ərzində Əmək Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə də mükafatlandırılmadığından ona verilmiş intizam tənbehi öz qüvvəsini saxlamışdır. Çünki, barəsində inzibati tənbeh verilmiş şəxsə mükafatın verilməsi ona verilmiş intizam tənbehinin qüvvədən düşməsinə səbəb olur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə əsasən mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edildiyindən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq X14 direktoru Mahir Hacıyevin 16 mart 2020-ci il tarixli, Ü-71 saylı Əmrinə əlavə edilmiş siyahıya X12 mükafat almaq hüququ olmayan işçilərin siyahısına aid edildiyindən Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri X11 tərəfindən X8 mükafat hesablanmamasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsi tərəfindən X11 barədə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə Regional Ərazi Şöbəsi tərəfindən X11 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-347/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-347/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver