Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-348/2020 13.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 xx xxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 onun barəsində tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından görünür ki, X1 yaşayış yeri Gəncə şəhəri, M.Hüseynzadə küçəsi, 103 ünvanı Gəncə şəhəri Kəpəz rayonun inzibati ərazisi olduğu üçün inzibati material aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şərh olunanlara əsasən hesab edirəm ki, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 xx xxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 129, 132ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 xx xxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-348/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-348/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver