Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-348/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 vermiş olduğu şikayətə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, protokolda onun “X9” Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazını bildirmiş, şikayətinə xx xxxx 2021-ci ildə Gəncə DYPŞ-də baxılsa da, əsaslandırmaya heç bir qanuni istinad göstərmədən,yəni nəzarət kamerasından çıxarış qərara əlavə edilməmiş və eləcədə öz versiyalarını sübuta yetirmədən 60 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. İXM-nin 327.2-ci maddənin tələbləri onun tərəfindən pozulmamışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini, inzibati xəta törətmədiyini və barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X5 “Hyundai Sonata” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuş, idarə etdiyi avtomobillə yolayrıcı əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Bununla da, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-348/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-348/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver