Məhkəmə qərarları › İş №3(044)-349/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-349/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-349/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X7 oğlunun katibliyi ilə, X1 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati qərardan şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6, onun barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokola əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi iştirak etdiyi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, o, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Çünki o, işlədiyi Optimal Elektroniks MMC onu karantin müddətində sərbəst hərəkət etməyi üçün icaze.e-gov.az portalında onu qeydiyyata salmış və onun xx.xx.2020-ci il tarixdə icazəsi olmuşdur. Buna baxmayaraq yol patrul xidməti əməkdaşları xx.xx.2020-ci il tarixdə günorta saat 14 radələrində onu saxlayaraq barəsində olan icazənin ləğv edildiyini bildirərək inzibati protokol tərtib etmişlər. Bundan sonra onun mobil telefonuna bu barədə sms gəlmiş və daha sonra həmin inzibati protokol əsasında 100 manat cərimə edilməsi barədə həmin tarixdə qərar qəbul edilmişdir. Buna görə də o, şikayətin təmin edilməsini və həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı ŞBPİ-nin DYPİ-nin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.məhkəmə işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı ŞBPİ-nin DYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş icaze.e-gov.az portalından çıxarışdan görünür ki, X6 həmin portalda qeydiyyatdan keçmiş, onun icazəsi xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş X1 mobil telefonuna xx.xx.2020-ci il tarixdə göndərilmiş SMS-lərdən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 14:57-də İXP ******* saylı inzibati protokol əsasında 200 manat cərimə edilmişdir. Məhkəmənin sorğusuna əsasən “Elektron Hökümətin İnkişafı Mərkəzi” X8 direktoru Fariz Cəfər tərəfindən verilmiş cavab məktubundan görünür ki, “X3 X4 Alınması və Monitorinqi Sistemi” (icaze-e.gov.az portalı) üzərindən 2020-ci il 3 iyul tarixində saat 21:46:18-də X2 aid icazə qeydiyyata alınmış həmin tarixdə təsdiqlənmişdir. Sözügedən icazə 2020-ci il 5 iyul tarixinə saat 02:45:53-dək qüvvədə olmuşdur. 8103 SMS İcazə Sistemi üzərindən 2020-ci il 5 iyul tarixində saat 08:04:14-də təsdiqlənmiş icazə saat 10:04:00-dək qüvvədə olmuşdur. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətçi Şahmar Hüseynov xx.xx.2020-ci il tarixdə sərbəst hərəkəti üçün icaze.e-gov.az portalında icazəsi olduğunu bildirsə də, “Elektron Hökümətin İnkişafı Mərkəzi” X10 tərəfindən göndərilmiş məktubdan aydın olur ki, onun icazəsi xx.xx.2020-ci il tarixə, saat 02:45:53-dək qüvvədə olmuşdur. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində şikayətçi yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq barəsində İXP ******* inzibati protokol tərtib edilərkən Şahmar Hüseynovun icazəsi olmamışdır. Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində X3 sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin dispozisiyasına əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Qeyd olunan normalardan göründüyü kimi Şahmar Hüseynov xüsusi karantin rejimi dövründə hərəkət üçün lazımı qaydada icazəsi olmadan hərəkət edərək karantin rejimini pozmuş, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X6 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar