Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-349/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X1, Xocalı Rayon Polis İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, Xocalı rayon Polis İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs izahatında göstərdi ki, o tibbi qoruyucu vasitədən istifadə etsə də əsassız olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X8 izahatında göstərdi ki, inzibati tənbeh vermə haqqında qərar onun tərəfindən qəbul edilmişdir.Belə ki, X4 tibbi qoruyucu vasitə hesab edilən maskadan istifadə etməyərək avtomobili idarə etmiş, avtomobilə saxla əmri verilərkən isə o avtomobildən düşərək üzərində maska olmadan onunla söhbət etmık istəmişdir. Onun yanındakı sərnişin isə maskadan istifadə etmişdir. Odur ki, şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq, şikayət vermiş şəxsin və inzibati protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o, Epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin qeyd edilən arqumentləri ilə bağlı onu qeyd edir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmiş və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunun tələblərinə zidd deyildir. Həmin xəta qeyd edilən polis əməkdaşı tərəfindən aşkar edilsə də, həmin xətaya dair qərar Polis İdarəsinin rəisi tərəfindən qəbul edilmişdir. Qərarın qanunsuz olmasına gəldikdə isə məhkəmə onu qeyd edir ki, Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli 160 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir.İşdəki fotoşəkillərdən də görünür ki, şikayət vermiş şəxs xəta baş verən zaman tibbi qoruyucu vasitələrdən istifadə etməmişdir. Buna görə də X3 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-349/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-349/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver