Məhkəmə qərarları › İş №3(044)-35/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-35/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-35/2022 28.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, X5 20.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 03 noyabr 2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsində bildirmişdir ki, X6 29 dekabr 2021-ci il tarixli, MN1064652 nömrəli qərarına əsasən onun Z.X.Tağıyevanın və K.İ.Tağıyevin əmək haqqlarının verilməməsi baxımından AR ƏM-nin 172-ci maddəsinə münasibətdə inzibati tənbehə məruz qalaraq barəsində qərar qəbul edilmiş, Əmək Müfəttişliyi tərəfindən gəlinən nəticə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, inzibati qərarın tətbiqi və barəsində protokol tərtib edilməsi ilə bağlı ona çağırış verilməmiş və onun tərəfindən bununla bağlı münasibət bildirməyi və izahatı alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən əmək haqqının verilməməsinin hansı səbəbdən yarandığı hallar mövcud olduğu təqdirdə işə götürənin inzibati məsuliyyətə cəlb edilməsi göstərilir. AR ƏM-nin 172-ci maddəsində işəgötürənin təqsiri üzündən gecikdirildikdə dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparımaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgğtürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Bütün əməliyyatların hamısı işə götürənin mühasibat sənədləri hazırlanaraq təqdim edilməklə işə götürənin hesabdan əməliyyatın verilməsi ilə sənədləşdirilməlidir. Tibb müəssisəsinin işə götürən olaraq bank maliyyə sənədləri ona hazırlanıb verildiyi müddətdə hazırlanmış və o, cümlədən inzibati qərarın əhatə etdiyi dövür və müddəti həmin müddətdə hansı mühasibatlıqda bağlı araşdırmaların aparılması və həmin müddətdə tibb müəssisəsinin gəlirlərinin, hesabından pul olub-olmaması araşdırılmamışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X13 məhkəmə iclasında şikayəti qəbul etməyərək bildirmişdir ki, Ülkər Kərimovaya inzibati protokol tərtib edilməmişdən, həmçinin qərar qəbul edilməmişdən öncə bildirişlər göndərilmiş, şöbəyə dəvət olunmuş, Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən üç ay ərzində inzibati qərar qəbul edilmişdir. Sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 20.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq Z.X.Tağıyevanın və K.İ.Tağıyevin əmək haqqları əmək müqaviləsində müəyyən edilmiş müddətdə verilməmişdir. Bununla da X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş: - 25.11.2021-ci il tarixli bildirişdən görünür ki, ƏƏSMN yanında DƏMX Gəncə regional ərazi şöbəsi X2 MMC-də əmək hüquqlarını pozması barədə müraciət üzrə inzibati araşdırma ilə bağlı 07.12.2021-ci il tarixdə saat 11:00-da şöbəyə dəvət etmişdir. - 07.12.2021-ci il tarixli bildirişdən görünür ki, ƏƏSMN yanında DƏMX Gəncə regional ərazi şöbəsi Ülkər Kərimovaya barəsində olan inzibati protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 20.12.2021-ci il tarixə, saat 11:00-a təyin olunması barədə məlumat verilmişdir. - 04.11.2021-ci il tarixli Ülkər Kərimovanın izahatından görünür ki, o, törətdiyi inzibati xətanın zərurətdən yarandığını nəzərə alaraq cərimə olunmamasını xahiş etmişdir. - X7 və X3 barəsində 24.11.2021-ci il tarixli əmək haqqı arayışlarından görünür ki, onlar əmək haqlarını ən azı 2-3 ay gecikmələrlə almışlar. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Çünki şikayətçi Ülkər Kərimova inzibati araşdırma ilə bağlı onun məlumatı olmadığını və izahat vermədiyini bildirsə də, təqdim edilmiş sənədlərdən onun inzibati araşdırma ilə bağlı dəvət olunduğu və izahat verdiyi müəyyən olunmuşdur. Bundan başqa əmək haqqı arayışlarından işçilər X4 və X1 əmək haqlarının gecikdirildiyi məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin Qeydinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Qanunvericiliyin məzmunundan aydın olur ki, aylıq əmək haqqı işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən Ülkər Kərimova tərəfindən işçilər X4 və X1 əmək haqlarının ən azı 2-3 ay gecikdirilməklə ödənilməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin inzibati protokol və qərar qəbul edilərkən şikayətçi Ülkər Kərimovaya əvvəlcədən bildiriş verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi tərəfindən işçilərin əmək haqlarının əmək müqaviləsində müəyyən edilmiş müddətdə verilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Ülkər Kərimova barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Ülkər Kərimovnın şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 20.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X9 barəsində 20.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar