Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-351/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X5 və Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatdan olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 37, mənzil 49-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs ünvan 3 ünvanda yerləşən və X9 məxsus fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmış 1 ədəd 80 manat dəyərində olan videokameranı quraşdırıldığı dirəkdən gizli şəkildə qoparmaqla oğurlayaraq xırda talama etmişdir. Bundan başqa Şəxs 14 mart 2022-ci il tarixdə saat 19:16 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində Qəmərli küçəsinin yaxınlığında ünvansız evdə yaşayan Mustafa Bəhruz Yusif oğlunun yaşadığı evin çöl hissəsində quraşdırılmış dəyəri 350 manat olan “PTZ” markalı videokameranı oğurlayaraq xırda talama etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar 19 aprel 2022-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X7 inzibati xəta haqqında protokollardakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs ünvan 3 ünvanda yerləşən və X9 məxsus fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmış 1 ədəd 80 manat dəyərində olan videokameranı quraşdırıldığı dirəkdən gizli şəkildə qoparmaqla oğurlayaraq xırda talama etmişdir. Bundan başqa Şəxs 14 mart 2022-ci il tarixdə saat 19:16 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində Qəmərli küçəsinin yaxınlığında ünvansız evdə yaşayan Mustafa Bəhruz Yusif oğlunun yaşadığı evin çöl hissəsində quraşdırılmış dəyəri 350 manat olan “PTZ” markalı videokameranı oğurlayaraq xırda talama etmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X1 İsmət Əhməd oğlunun izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən və X9 məxsus fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmış 1 ədəd 80 manat dəyərində olan videokameranı quraşdırıldığı dirəkdən gizli şəkildə qoparmaqla oğurlayaraq xırda talama etmişdir. Bundan başqa o, 14 mart 2022-ci il tarixdə saat 19:16 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində Qəmərli küçəsinin yaxınlığında ünvansız evdə yaşayan Mustafa Bəhruz Yusif oğlunun yaşadığı evin çöl hissəsində quraşdırılmış dəyəri 350 manat olan “PTZ” markalı videokameranı oğurlayaraq xırda talama etmişdir. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs barəsində tərtib edilmiş 19 aprel 2022-ci il tarixli, MN № ******* saylı və 19 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs dələduzluq edərək xırda talama etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 aprel 2022-ci il tarixli və 24 mart 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 aprel 2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 18 aprel 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-351/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-351/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver