Məhkəmə qərarları › İş №3(044)-354/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-354/2021

25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-354/2021 25.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxslər-Gəncə şəhər Nizami RPB-in polis sahə rəisi polis mayoru X1, polis sahə rəisi polis baş leytenantı X7 və polis sahə rəisi polis mayoru X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokollar ona görə tərtib edilmişdir ki, o müxtəlif vaxtlarda Gəncə şəhərində tanımadığı vətəndaşlardan danışmaq adı ilə mobil telefonlarını almış və həmin ərazidən uzaqlaşaraq vətəndaşlara telefonlarını qaytarmamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək hazırda etmiş olduğu əməllərdən peşman olduğunu, heç bir yerdə işləmədiyini bildirərək, barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxslər Gəncə şəhər Nizami RPB-in polis sahə rəisi polis mayoru X5, polis sahə rəisi polis baş leytenantı X21 və polis sahə rəisi polis mayoru X15 ayrı-ayrılıqda izahat verərək Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarlar qəbul edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 16, mənzil 38-də yaşayan X2 taksi fəaliyyəti ilə məşğul olduğu avtomobil ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 16 saylı poçtun yaxınlığında olan zaman avtomobilinə müştəri qismində əyləşən Şəxs ondan ona məxsus dəyəri 290 manat olan “Meizu CP Pro”markalı mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq ələ keçirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti, ev 41, mənzil 1A-da X8 məxsus dəyəri 250 manat olan “Honor 8-S” markalı mobil telefonu Şəxs Gəncə şəhəri Yeni gəncə qəsəbəsində 6 saylı notariusun yaxınlığında binanın qarşısında danışmaq adı ilə alıb geri qaytarmayaraqələ keçirmişdir. xx.xx.2021-ci il tarixdə saat 03:30-da Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu altı y/m sahə 8, məhəllə V-4-də yaşayan Hüseynov Elşən Şöhrəddin oğluna məxsus 200 manat dəyərində “Samsung A 10”markalı mobil telefon və mobil telefon üzlüyünün içərisində olan 100 manat pulu danışmaq adı ilə alıb geri qaytarmayaraq Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi H.Məmmədquluzadə küçəsində faksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək ələ keçirmişdir. xx xxxxxx 2020-ci ildə Gəncə şəhəri Ə.Nəzmi küçəsi ev 88-də yaşayan X9 etibarından susi istifadə edərək ümumi dəyəri 205 manat olan 2 ədəd mobil nömrə və “Redmi 7”markalı mobil telefonu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində binaların yaxınlığında olan zaman ələ keçirmişdir. xx xxxx 2021-ci ildə saat 17.30 radələrində Göygöl rayonu Quşqara kəndində yaşayan X10 məxsus dəyəri 200 manat olan “Redmi Not 5”markalı mobil telefonu Gəncə şəhəri Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Bazar Store”mağazasının qarşısında danışmaq adı ilə alıb geri qaytarmayaraq ələ keçirmişdir. xx xxxx 2021-ci ildə saat 16 radələrində Ağcəbədi rayonu,Hacıbədəlli kəndində yaşayan X4 məxsus dəyəri 250 manat olan “Honor 8 X”markalı **********28873 və **********56882 imei kodlu mobil telefonu Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşən Mərkəzi Univermağın qarşısında danışmaq adı ilə alaraq geri qaytarmayaraq ələ keçirmişdir.xx.xx.2021-ci ildə Gəncə şəhəri Çarıxçılar küçəsi 4-cü dalan ev 6-da yaşayan X11 nəvəsi X12 məxsus dəyəri 350 manat olan “Redmi Note 8”markalı mobil telefonu Gəncə şəhəri Nizami küçəsində yerləşən “Bazarstore”marketinin qarşısında danışmaq adı ilə alıb geri qaytarmayaraq ələ keçirmişdir. xx.xx.2021-ci ildə günirta saatlarında Cəlilabad rayonu , Günəşli kəndində yaşayan X22 məxsus dəyəri 300 manat olan “X32 8”markalı mobil telefonu Gəncə şəhər Niza mir ayon ərazisində olan Mərkəzi univermağın qarşısında yerləşən istirahət parkənda danışmaq adı ilə alıb geri qaytarmayaraq ələ keçirmişdir. xx.xx.2021-ci ildə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan X13 məxsus dəyəri 450 manat olan “Redmi Not 8 pro”markalı **********55332 və **********55340 imey kodlu mo bil telefonu Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəkil çəkmək adı ilə aldadaraq ələ keçirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır, o qeyd edilən protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə dəymiş ziyanın ödənilməməsini, törədilmiş xətaların çoxluğunu nəzərə alaaraq hesba edir ki, ictimai işlər növündə tənbehin verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məqsədlərinə xidmət etməyəcəyindən kifayə sayılmamalıdır. Ona görə də onun barəsində həbs növündə inzibati tənbeh növü tətbiq edilməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi Şəxs xx xxxxxx 2020-ci ildə Gəncə şəhəri Ə.Nəzmi küçəsi ev 88-də yaşayan X9 etibarından susi istifadə edərək ümumi dəyəri 205 manat olan 2 ədəd mobil nömrə və “Redmi 7”markalı mobil telefonu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində binaların yaxınlığında olan zaman ələ keçirmişdir. Məhkəmə hesab edir ki, həmin epizod üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Odur ki, Şəxs xx xxxxxx 2020-ci ildə Gəncə şəhəri Ə.Nəzmi küçəsi ev 88-də yaşayan X9 etibarından susi istifadə edərək ümumi dəyəri 205 manat olan 2 ədəd mobil nömrə və “Redmi 7”markalı mobil telefonu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində binaların yaxınlığında olan zaman ələ keçirməyə aid hissədə inzibati məsuliyyətdən azad edilməli, buna baxmayaraq X14 dəymiş ziyan tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs hədilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, xx xxxx 2021-ci il, saat 19.00-dan hesablansın. Şəxs “X9 etibarından susi istifadə edərək ümumi dəyəri 205 manat olan 2 ədəd mobil nömrə və “Redmi 7”markalı mobil telefonu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində binaların yaxınlığında olan zaman ələ keçirmə” epizodu üzrə inzibati məsuliyyətdən azad edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar