Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-356/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ-nin İTİ-nin inspektoru polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda və raportda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Gəncə-Şəmkir yolunda yerləşən “Hyundai” servis mərkəzində işləyən adı sonradan məlum olan X3, X5 və X1 qaydalarını pozaraq maskadan istifadə etmədikləri, eyni zamanda servisin giriş hissəsində spirtin olmaması müəyyən edilmişdir. Şəxs Gəncə-Şəmkir yolunda yerləşən “Hyundai” servisin rəhbəri olaraq servisdə işləyən işçilərin karantin qaydalarını pozmalarına nəzarət etməmişdir. Bununla da Elçin Məmmdəov İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, “Hyundai” servisdə icraçı direktor işləyir və həmin servisdə onun əmək müqaviləsi əsasında işçiləri vardır. xx.xx.2021-ci il tarixdə o, servisdə olmadığı üçün işçilərə nəzarət etməyi Ruslan Həsənova həvalə etmiş, həmin vaxt işçilər və müştərilər karantin qaydalarını pozaraq tibbi maskadan istifadə etməmişlər, eyni zamanda servisin girəcəyində spirt olmamış, tibbi maskasız girişin qadağan olması barədə məlumat qeyd edilməmişdir. Hazırda o, qeyd olunmuş nöqsanları aradan qaldırmışdır. Sonda o, bir daha belə nöqsanların olmayacağını bildirərək ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. İnzibatı protokolu tərtib etmiş Gəncə ŞBPİ-nin İTİ-in inspektoru polis kapitanı X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərdən məlum olur ki, “Hyundai” servis mərkəzində fəaliyyət göstərən işçilər tibbi maskadan istifadə etməmiş, servisin girişində dezinfeksiya üçün məhsul qoyulmamış və tibbi maskasız servisə daxil olmağın qadağan olması barədə xəbərdaredici poster olmamış, karantin qaydaları barədə məlumatlandırıcı lövhələr asılmamış, işçilər arasında sosial məsafə gözlənilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Elçin Nüsrəddin oğlunu dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Şəxs rəhbərlik etdiyi müəssisədə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən müəyyən edilmiş karantin rejimi qaydalarını pozması, beləliklə İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib edilmiş protokol və video görüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Məmmədov Elçin Nüsrəddin oğlunun əməlini etiraf etməsini, əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalnı törətməkdə təqsirli bilinsin və ona, 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-356/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-356/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver