Məhkəmə qərarları › İş №3(044)-36/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-36/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-36/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar rəhman qızının katibliyi, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 4-cü küçədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 yanvar 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində “VAZ 21001” markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin vizual görüntü ilə arxası aşağı olduğundan polis əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı avtomobildə çox avazlı səs siqnalı aşkar edilmiş, həmin avtomobil cərimə meydançasına yerləşdirilmiş, bu zaman bir nəfər şəxs DYPŞ-nin hasarından aşaraq, qohumunun avtomobili duracağa yerləşdirildiyi üçün polislərə hücum edərək, nalayiq ifadələrlə təhqir etmiş, avtomobili çıxardacağını bildirmiş, uca səslə qərəzli şəkildə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozduğu üçün həmin şəxs dəfələrlə nizam intizama dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs oğlunun barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi polis baş leytenantı X4, inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, törətmiş olduğu inzibati xəta haqqında əməlindən səmimi peşmançılıq çəkməsini və ona yüngül inzibati cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin DYP-in YPX-nın ƏYPX-in baş inspektoru, polis baş leytenantı X5 bildirdi ki, 04.01.2022-ci il tarixdə saat 15:00 radələrində ekipaj yoldaşı X6 ilə Gəncə şəhərinin Nizami prospektində **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul maşını ilə xidmətdə olarkən X2 məxsus “VAZ 21001” markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilun konstruktiv dəyişiklikləri olduğu üçün tərəflərindən saxlanılmış, baxış zamanı avtomobildən çox avazlı səs siqnalı aşkar edilmiş, bu səbəbdən həmin şəxsin avtomobili DYPŞ-nın müvəqqəti duracağına yerləşdirilmiş, duracaqda olan zaman Şəxs cərimə meydançasının hasarından aşmış, həmin avtomobilə yaxınlaşmış, onları nalayiq ifadələrlə təhqir etmiş, həmin avtomobili oradan zorla çıxartmağa cəhd etmişdir. Onlar Şəxs nizam intizama dəvət etmiş, lakin Şəxs oğlu qərəzli şəkildə öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bu zaman onlar radiostansiya vasitəsi ilə DYPŞ-nin müvəqqəti duracağınakömək çağırmış, daha sonra isə PPXT-nin əməkdaşlarının köməkliyi ilə Şəxs Nizami Rayon Polis İdarəsinə gətirilmiş, növbətçi hissəyə təhvil verilmiş, səslə qəşqıraraq ətrafdakıların diqqətini cəlb edərək səs-küy salmışdır, buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin DYP-in YPX-nın ƏYPX-in inspektoru, polis baş serjantı X6 eyni məzmunlu izahat verərək, X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 04 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2022-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 yanvar 2022-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar