Məhkəmə qərarları › İş №3(044)-360/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-360/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-360/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhəri üzrə icra İdarəsinin İcra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mkr, 8, 27 ünvanında yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2370/19 saylı icra sənədinə əsasən Şəxs 15000 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunu könüllü ödəməsi barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkədən yayınmişdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə izahat verən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin İcra məmuru X3 bildirdi ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2370/19 saylı icra sənədinin icrası ona tapşırılmışdır. Borclu Şəxs oğluna tələbin könüllü icrası haqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs oğlu icra sənədini qərəzli olaraq bu günədək tam icra etməmişdir. Adına olan əmlak üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəlməsinə dair təqdimat verilsə də, təqdimat təmin edilməmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərrdi ki, onun Dilarəyə əslində borcu qalmamışdır. O, bank vasitəsilə bütün borcunu Dilarəyə ödəmişdir.Amma əsassız olaraq yenə də borcun tutulmasına dair qətnamə qəbul edilmişdir. Buna baxmayaraq o borcunu hissə-hissə ödəyə bilər.Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialları icra işi ilə birlikdə qarşılıqlı şəkildə araşdıraraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2370/19 saylı, icra sənədinə əsasən Şəxs 15000 manat pulun alınaraq X1 ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və müvafiq icra hərəkətləri aparılaraq borcunun izahatının alınması təmin edilmişdir. Borclu icra icraatı zamanı izahatında tələbkara olan borcunun ödənilməsi üçün beş gün vaxt istəsə də, bundan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də o icra sənədinin icrası təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli bildirişin surəti Şəxs təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “xəbərdarlıqdan”görünür ki, Şəxs məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə araşdırılması zamanı Şəxs icra sənədinin icrasını qərəzli olaraq icra etməməsi halları müəyyən edilmişdir. Belə ki, o məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun ödəniş etməyə imkanı yoxdur. Məhkəmə Şəxs həmin izahatını borcunun ödənilməməsi üçün səbəb hesab etmir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə borclunun tələbkara əslində heç bir borcunun olmamasına dair izahatına da hüquqi qiymət verərək onu qeyd edir ki, onun bu izahatı da əsassızdır. Belə ki, icra sənədi məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən verilmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə mindiyindən təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin hallarını, inzibati xəta törətmiş şəxsin borcu ödəyə bilməməsini maddi vəziyyəti ilə əlaqələndirməsini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini qanuna müvafiq hesab etmir və həbs növündə inzibati tənbeh verilməsini işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə növündə tənbeh tətbiq edilməsini də işin hallarına uyğun hesab etmir. Belə ki, borclu borcunun ödənilməməsini eyni zamanda maddi vəziyyətinin ağır olması ilə əlaqələndirmişdir. Bu səbəbdən də onun barəsində cərimə növündə tənbehin verilməsi həmin qərarın da icra edilməməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda sadalanan qanunvericliyin muvafiq müddəalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növündə inzibati həbs seçilməli və həbs etmənin əvvəli Şəxs oğlunun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2021-ci il saat 11:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, xx xxxx 2021-ci il saat 11:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar