Məhkəmə qərarları › İş №3(044)-361/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-361/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-361/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 3, mənzil 16-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1862/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2003-cü il təvəllüdlü X2 və xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1862/2019 saylı icra sənədi üzrə 3780 manat aliment borcu yaranmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1862/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2003-cü il təvəllüdlü X2 və xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1862/2019 saylı icra sənədi üzrə 3780 manat aliment borcu yaranmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1862/2019 saylı icra vərəqəsinə əsasən ondan xx xxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2003-cü il təvəllüdlü X2 və xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödəilməsi qət edilmişdir. O, aliment borcundan 2660 manat ödəmişdir. Onun hazırda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1862/2019 saylı icra sənədi üzrə 3780 manat aliment borcu qalmışdır. Yaranmış borcunu imkanı olmadığından ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1862/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2003-cü il təvəllüdlü X2 və xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Qasımovun xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində icraat başlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişlədən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2021-ci il tarixli, e66185/2020-21-5-004 saylı məktubundan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2021-ci il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmış və icra edilməsi üçün Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2021-ci il tarixli Ca.Q 153116/19 saylı məktubundan görünür ki, borclu Şəxs polis əməkdaşları tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirildiyindən onun barəsində olan 510472 saylı axtarış işinin dayandırılması və axtarış işinin icraatına xitam verilməsi barədə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan e153116/2019-21-5 saylı Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, Şəxs borcunu ödəməmiş, icra icraatı zamanı verdiyi izahatında məhkəmə qətnaməsi olmasına baxmayaraq, borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmamasını göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları ilə Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığı və qərəzli olduğu təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs seçilməli və həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2021-ci il saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2021-ci il saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar