Məhkəmə qərarları › İş №3(044)-362/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-362/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-362/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Gəncə şəhəri DYPŞ-nin inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş iş materialları baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində İXP ******* saylı, 14.04.2022-ci nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci, 327.6-cı, 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 17 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardadn görünür ki, 07 dekar 2021-ci il tarixdə, saat 18 radələrində xx.xx.1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Şəxs, ayıq vəziyyətdə B dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi Hundai Sanata minik markalı, ** DE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri X.Xasməmmədov küçəsindən 3 saylı xəstəxana istiqamətində hərəkət edən zaman əsas yola dönmək üçün avtomobili saxlamış və sol istiqamətdən gələn avtomobillərin keçdikdən sonra hərəkətə başlayan vaxt avtomobilin ön sağ təkəri ilə piyada keçidində hərəkət edən 21.10.2001-ci il təvəllüdlü Mingəçevir sakini X1 ayağını əzərək sonuncunun so ayaq pəncəsinin və sol diz oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması barədə qərar rədd edilmiş, lakin vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncəşəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xəta törədildiyi 07.12.2021-ci il tarixdən 4 ay keçdikdən sonra 14.04.2022-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki qanunvericiliyə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədildiyi gündən 1 il keçdikdən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53 və 53.0.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar