Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-363/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin nümayəndəsi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 104-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 17:48 radələrində Gəncə şəhəri, Cavadxan küçəsində qanunsuz olaraq hərbi formada avara dilənçiliklə məşğul olaraq inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin nümayəndəsi, polis leytenantı X4 bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 17:48 radələrində Gəncə şəhəri, Cavadxan küçəsində qanunsuz olaraq hərbi forma daşıyaraq, həmin geyimdə avara dilənçiliklə məşğul olaraq inzibati xəta törətmişdir. Şəxs törətmiş olduğu inzibati xətanı etiraf edərək bildirmişdir ki, hərbi forma onun deyil, hərbi formada vətəndaşlara yaxınlaşaraq əsgər olmasını, hərbi hissəyə getməyə pulunun olmamasını bildirərək vətəndaşlardan pul almışdır. Bununla əlaqədar o polis idarəsinə dəvət edilmiş, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Nizami Rayon Pİ-nin post patrul xidmətinin polis nəfəri şahid X3 izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 17:48 radələrində xidmətdə olmuşdur. Bu vaxt Şəxs Gəncə şəhəri, Cavadxan küçəsində qanunsuz olaraq hərbi forma daşıyaraq, həmin geyimdə avara dilənçiliklə məşğul olmuşdur. O, bir müddət Şəxs müşahidə etmişdir. Şəxs hərbi formada vətəndaşlara yaxınlaşaraq əsgər olmasını, hərbi hissəyə getməyə pulunun olmamasını bildirərək vətəndaşlardan pul almışdır. Bununla əlaqədar ona yaxınlaşmış, ondan hərbi qulluqçu olub-olmadığını soruşmuş, Şəxs hərbi qulluqçu olmadığını bildirmiş, onu polis idarəsinə dəvət etmiş, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 17:48 radələrində Gəncə şəhəri, Cavadxan küçəsində qanunsuz olaraq hərbi forma daşımışdır. Həmin forma onun deyil, dayısı Vaqifin qaynı Elnur Vəliyevindir. O, “Kolorit” adlı kafenin yaxınlığında hərbi formada vətəndaşlara yaxınlaşaraq əsgər olmasını, hərbi hissəyə getməyə pulunun olmamasını bildirərək vətəndaşlardan pul alaraq spirtli içki almışdır. Bir müddət sonra ona polis əməkdaşı yaxınlaşmış, ondan hərbi qulluqçu olubolmadığını soruşmuş, o hərbi qulluqçu olmadığını bildirmiş, onu polis idarəsinə dəvət etmiş, müvafiq sənədləşmə aparılmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İşdə olan Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşı X1 xx xxxx 2021-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 17:48 radələrində Cavadxan küçəsində hərbi geyim formasında olan bir nəfər şəxsə yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxsin hərbçi olmadığı məlum olmuşdur. Şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil vermiş, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli 335/2021 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs sərxoş vəziyyətdə inzibati xətanı törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməklə yanaşı inzibati xətanın obyekti olmuş bir dəst hərbi forma və bir cüt hərbi çəkmə dövlət nəfinə müsadirə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş bir dəst hərbi forma və bir cüt hərbi çəkmə dövlət nəfinə müsadirə edilməklə, 375 (üç yüz yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-363/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-363/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver