Məhkəmə qərarları › İş №3(044)-365/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-365/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-365/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, X1, Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib olunmuş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib edilmiş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərəfindən tərtib edilmiş 07.04.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 60 manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərar yol polisi inspektoru tərəfindən düzgün tərtib edilməmişdir. Belə ki, o, H.Əliyev prospekti ilə hərəkətdə olarkən svetoforun yaşıl işığı yandıqdan sonra hərəkətə davam etmiş, sola dönmə nişanını yandıraraq yol ayrıcından sol istiqamətə dönərək hərəkətə davam etmişdir. Sonra polis serjantı X7 onu saxlayaraq inzibati xəta törətdiyini və bunun üçün barəsində inzibati tənbeh tətbiq edilməli olduğunu bildirmişdir. İnspektorun mülahizəsinə əsasən guya o, qarşıdan gələn avtomobilə yol verməmişdir. Həqiqətdə isə işin əsl halları tamamən başqa cürdür. Belə ki, o, yolayrıcında olarkən qarşıdan gələn avtomobil xeyli ara məsafəsində idi və onun həmin avtomobilin keçməyini gözləməyinə ehtiyac yox idi. Yəni, o, yolayrıcını keçərkən qarşıdan gələn avtomobilə heç bir maneəçilik törətməmiş, onun tormuz verməyinə səbəb olmamış, qəza şəraiti yaratmamışdır. Əgər o, əks istiqamətdə olan avtomobillə qarşı-qarşıya gəlsə və o, qarşıdan gələn avtomobilə yol verməsə, hər hansı formada əsk avtomobilin hərəkətinə maneə olsa inspektorun dediklərində həqiqət olardi. O, yolayrıcını keçib getdikdən sonra qarşıdan gələn avtomobilin yolayrıcına daxil olması və ondan sonra dönmə hərəkəti etməsi bir daha sübüt edir ki, o, qanunvericiliyin tələblərinə tam əməl etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 bildirdi ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X3 barəsində tərtib edilmiş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma, xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 yolayrıcını keçmə qaydalarının pozmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə, X3 barəsində tərtib edilmiş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib olunmuş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib olunmuş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib olunmuş 07 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar