Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-367/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2119/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment tutularaq tələbkar Zeynalova (Alıxanova) Aybəniz Yaqub qızının xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin buna baxmayaraq borclu aliment borcunu və aylıq aliment ödənişlərini etməkdən qərəzli olaraq yayınmışdır. Bundan əlavə, borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə yaranmış 1040 manat aliment borcundan qəsdən heç bir ödəniş etməmiş və gələcəkdə də ödəniş etməyəcəyini bildirmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək bildirmişdir ki, onun aliment borcunu ödəmək fikri yoxdur. Onun maddi imkanı olsa belə, yenə də aliment borcunu ödəməyəcəkdir. Sonda ona cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(044)- 2119/20 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarxidən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment Zeynalova (Alıxanova) Aybəniz Yaqub qızının xeyrinə tutulması qət edilmişdir. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 2119/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 iddiası qismən təmin edilmiş, Zeynalova (Alıxanova) Aybəniz Yaqub qızı ilə cavabdeh Şəxs arasında xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 19 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X5 nikahın pozulmasından sonra Zeynalova (Alıxanova) Aybəniz Yaqub qızının himayəsində saxlanılması, cavabdeh Şəxs xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment Zeynalova (Alıxanova) Aybəniz Yaqub qızının xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icar məmuru X6 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin 2(044)-2119\2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - borclu Şəxs xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli izahatlarında o, xx xxxxxxxx 2020-ci il tarixli 2(044)-2119/20 saylı icra vərəqəsinə əsasən heç bir aliment borcu ödəməmiş və ödəməyəcəyini bildirmişdir. Onun aliment borcunu ödəməmək səbəbi maddi vəziyyəti ilə əlaqədar deyildir. - “Xəbərdarlıq” məktublarından görünür ki, borclu Şəxs nəzərinə çatdırılaraq, ondan Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda onun barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - tələbkar X1 xx.xx.2021-ci tarixli ərizəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2119/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs mart ayı daxil olmaqla ona 1040 manat aliment borcu vardır. Borclu borcunu və aylıq aliment ödənişlərini etməkdən qərəzli şəkildə boyun qaçırdır və bunu öz izahatında qeyd etmişdir. Odur ki, borclu borcunu tam şəkildə ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunması və digər qanunamüvafiq bütün təsirli tədbirlərin görülməsinə dair tədbirlər görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, borclu açıq formada qəsdən aliment borcunu ödəmədiyini və gələcəkdə də maddi imkanı olsa da, ödəməyəcəyini bildirərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-367/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-367/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver