Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-368/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi Əmirxanov Orxan Rövşən oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, 00100-1156/20 nörməli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə, Azərbaycan Respublikası gömrük ərazisinə Türkiyə Respublikasından 06BGM093/06FT1713 və 06BYH722/06BYG248 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3636 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən cəmi çəkisi 34.2 ton olan “Beton hazırlanması üçün avadanlıqlar: istifadə olunmuş, sökülmüş vəziyyətdə, dəst şəklində” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməli olduğu halda, təqdim etmədiyi Bakı Baş Gömrük İdarəsində aşkar edilmişdir. Qısa idxal bəyannaməsi tərtib edilmədiyindən şirkət tərəfindən mallar **********3636 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin qeyd olunan bəyannamənin 40-cı qrafası boş saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx xxxx 2020-ci il tarixli, 00100-1156/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasındaiştirak edən Şəxs nümayəndəsi Əmirxanov Orxan Rövşən oğlu izahat verərək göstərmişdir ki, o, Şəxs icraçı direktorudur. Həqiqətən də Şəxs xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə, Azərbaycan Respublikası gömrük ərazisinə Türkiyə Respublikasından 06BGM093/06FT1713 və 06BYH722/06BYG248 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3636 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən cəmi çəkisi 34.2 ton olan “Beton hazırlanması üçün avadanlıqlar: istifadə olunmuş, sökülmüş vəziyyətdə, dəst şəklində” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməli olduğu halda, təqdim etməmişdir. Təmsil etdiyi məhdud məsuliyyətli cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini etiraf edir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs tərəfindən təqdim edilən **********3636 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 06BGM093/06FT1713 və 06BYH722/06BYG248 nömrəli nəqliyyat vasitələri ilə göndərilmiş cəmi çəkisi 34.2 ton olan “Beton hazırlanması üçün avadanlıqlar: istifadə olunmuş, sökülmüş vəziyyətdə, dəst şəklində” yükünə dair xx.xx.2020-ci il tarixdə saat 07:00 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gümrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş **********3636 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi həmin hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatı, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə, Azərbaycan Respublikası gömrük ərazisinə Türkiyə Respublikasından 06BGM093/06FT1713 və 06BYH722/06BYG248 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3636 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən cəmi çəkisi 34.2 ton olan “Beton hazırlanması üçün avadanlıqlar: istifadə olunmuş, sökülmüş vəziyyətdə, dəst şəklində” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməli olduğu halda, təqdim etməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh növünün təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-368/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-368/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver