Məhkəmə qərarları › İş №3(044)-369/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-369/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-369/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayətçi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- X2 iştirakları ilə, Daşkəsən RPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayətçi X3 xx.xx.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. O, öz maşınında olduğundan bu halda fərdi qoruyucu vasitələrdən istifadə etməyə gərək yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Daşkəsən rayonunun Xaşbulaq ərazisində özünə məxsus avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtonəqliyyat vasitəsisaxlanılmış və ona avtomobildə ailə üzvü olmayan sərnişin olduğundan tibbi maskadan istifadə etməməyinə görə inzibati qaydada protokol tərtib edilmişdir. Avtomobildə isə atası və kirvəsi olmuşdur. Kirvələri də bir aydan çoxdur ki, onların evində yaşayır. Odur ki, qanunsuz olduğundan xx.xx.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Daşkəsən RPŞ-nin Yol patrul inspektoru, X4 izahatında göstərdi ki, məhkəməyə xx.xx.2020-ci il tarixdə X1 istifadəsində olan “Volkswagen Passat minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğundan sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilənləri əsas gətirib məhkəmədən X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq, şikayət vermiş şəxsin və inzibati protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, sürücü X1 barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o, nəqliyyat vasitəsini idarə edərkən Epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin əsas dəlili ondan ibarətdir ki, karantin rejimi dövründə tibbi maskadan isitfadə edilməsi o sürücülərə şamil edilir ki, həmin avtomobildə onun ailə üzvü olmayan sərnişin və ya sərnişinlər olsun. Onun idarə etdiyi avtomobildə olan sərnişinlərdən biri onun atası, digəri isə kirvəsi olmuşdur. Məhkəmə şikayətçinin qeyd edilən arqumentləri ilə bağlı onu qeyd edir ki, “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Polis haqqında Azərbaycan Respublikasının Qanununa əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73- 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmiş və Daşkəsən Rayon PŞ-nin YPX inspektoru tərəfindən inzibati xəta haqqında protokol tərtib etməkdə polsi əməkdaşı haqlı olmuşdur. Qərarın qanunsuz olmasına gəldikdə isə məhkəmə onu qeyd edir ki, Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli 160 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Qərarda şəxsin özünə məxsus nəqliyyat vasitəsini idarə edərkən tibbi maskadan istifadə edilməməsi ilə bağlı məsuliyyət barədə hər hansı müddəa əks etdirilməsə də, qərarın məqsədi yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınmasından ibarət olduğundan avtomobildə kənar şəxslər olduğu təqdirdə fərdi qoruyucu vasitələrdən istifadə edilməsi labüddür. Çünki, avtomobildə ailə üzvü olmayan şəxslə 1.5-2 metrlik məsafənin qorunması mümkün deyildir. Şikayətçinin məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, avtomobildə olan şəxslərdən biri onun atası olmaqla ailə üzvü olsa da, digər şəxs isə onun ailə üzvü olmamaqla kirvəsi olmuşdur. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ailə üzvü dedikdə ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X1 barəsində Daşkəsən RPŞ-nin Yol patrul inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Daşkəsən RPŞ-nin Yol patrul inspektoru, X4 tərəfindən tərtib edilmiş, inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Daşkəsən RPŞ-nin Yol patrul inspektoru, X4 tərəfindən tərtib edilmiş, inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar