Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-370/2022 23.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Sədnik Pirsultanlı küçəsi, ev 33-də qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 aprel 2022-ci il tarixdə axşam saatlarında polis əməkdaşları xidmətdə olarkən Yeni Gəncə qəsəbəsində Şəxs oğlunun küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu aşkar etmişlər. Bu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X5, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, törətmiş olduğu inzibati xəta haqqında əməlindən səmimi peşman olmasını və ona yüngül inzibati cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin 3cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X6 bildirdi ki, 22.04.2022-ci il tarixdə axşam saatlarında 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Rufət Usubovla birgə xidməti ərazidə xidmət aparkən Yeni Gəncə qəsəbəsində Şəxs küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu aşkar etmişlər. Bu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək ictimai qaydanı açıq şəkildə pozmağa davam etmiş, buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin 3cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili X1 eyni məzmunlu izahat verərək, X4 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 22 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 22 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 aprel 2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-370/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-370/2022
23.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver