Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-374/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Qəmərli küçəsi, təzə məhlələrdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 aprel 2022-ci il tarixdə saat 12 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X4 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 26 aprel 2022-ci il tarixdə saat 12 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Gəncə şəhəri Şəmkir avtovağzalında dostları ilə duran zaman polis əməkdaşı onlara yaxınlaşaraq siqareti çəkib yerə atdıqları üçün dostları Kəmaləddin Hüseynov və Gülağa Süleymanovun cərimə olunacağını bildirmiş və onları polis bölməsinə aparmışlar. O da onların arxasınca həmin bölməyə getmiş, bölməyə çatan zaman əvvəldən tanıdığı polis əməkdaşı Sabir Məmmədovun bölmədən çıxdığını görmüş və ona yaxınlaşaraq onu tanıdığını bildirmişdir. O, Sabir Məmmədova niyə belə etdiklərini, pislik etməyə nə var ki, yaxşılıq etmək lazımdır-deyə fikrini bildirmiş, polis əməkdaşı isə ona qarşı nalayiq ifadələr işlətməklə “mənə heç kim pis deyə bilməz” deyə cavab vermişdir. Sonra onların mübahisəsi başlamış, polis əməkdaşları Sabir Məmmədov, Zaur Qurbanlı və Kamal Vəliyev ona qarşı qeyri-insani rəftar etmiş və fiziki zor tətbiq etməklə onu bölməyə apararaq eyni əməllərə davam etmişlər. Törətmiş olduğu inzibati xəta haqqında əməlindən səmimi peşman olmasını və ona yüngül inzibati cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin Postpatrul xidmətinin polis əməkdaşı X3 bildirdi ki, 26 aprel 2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində polis əməkdaşları X5 və X6 ilə xidmətdə olarkən bir neçə şəxsin siqaret çəkərək yerə atdıqlarını görmüş, onlara yaxınlaşaraq barələrində protokol tərtib olunacağını bildirərək, onları polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müvafiq sənədləşmə apardıqdan sonra bölmədən çıxarkən Şəxs ona yaxınlaşaraq onu tanıdığını bildirmiş, “niyə belə etdiklərini, pislik etməyə nə var ki, yaxşılıq etmək lazımdır” demişdir. O və digər polis əməkdaşları Şəxs oğlunu nizam intizama dəvət etsələr də, onlara məhəl qoymaraq hərəkətlərinə davam etdiyi üçün Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul xidmətinin polis əməkdaşları X5 və X6 eyni məzmunlu izahat verərək, X1 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 26 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-374/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-374/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver