Məhkəmə qərarları › İş №3(044)-376/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-376/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-376/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili X4 Şəhər Dövlət Yol Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi X3 barəsində xx.xx.2019-cu il tarixdə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də onun barəsində xx.xx.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş X3 Dövlət Yol Polisinin internet portalından təsdiq edilmiş çıxarışı məhkəməyə təqdim edərək cəriməni və ona hesablanmış dəbbə pulunu ödədiyini qeyd edərək məhkəmədən onun inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materiala Azərbaycan Respublikası Daxili X4 Şəhər Dövlət Yol Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli EQ ******* saylı İnzibati inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Göründüyü kimi, X1 barəsində inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmış və X2, ona təyin edilmiş inzibati tənbeh növündə cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan elektron portalın çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə X2 qanunla müəyyən edilmiş müddətdən sonra 64 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq olunan sübutlara və iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, o qanunla müəyyən edilmiş məbləğdə cəriməni və dəbbə pulunu dövlət büdcəsinə ödədiyindən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən İXM-in 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, maddi hüquq normalarının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 dəbbə pulu ilə birlikdə cəmi 64 manat pulu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və İXM-in 360, 367, 313-2, 416, 425-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 529-cu maddəsinin Qeydinin birinci hissəsinə əsasən o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar