Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-386/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, , fərdi əməklə məşğul olan, Gəncə şəhəri, ADAU-6 ətrafında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili X3 Şəhər Dövlət Yol Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Şəxs barəsində xx.xx.2019-cu il tarixdə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də onun barəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş Şəxs izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli EQ ******* saylı İnzibati inzibati tənbeh vermə haqqında qərarla o İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli EQ ******* saylı İnzibati inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Göründüyü kimi, Şəxs barəsində inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmış və Şəxs, ona təyin edilmiş inzibati tənbeh növündə cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “Expresspay” ödəniş sisteminin qəbzindən görünür ki, Şəxs qanunla müəyyən edilmiş müddətdən sonra 16 manat məbləğində ödənişi etmişdir. Məhkəmə iclasında tədqiq olunan sübutlara və iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, o qanunla müəyyən edilmiş məbləğdə cəriməni dövlət büdcəsinə ödədiyindən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən İXM-in 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, maddi hüquq normalarının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəbbə pulu ilə birlikdə cəmi 16 manat pulu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və İXM-in 360, 367, 313-2, 416, 425-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 529-cu maddəsinin Qeydinin birinci hissəsinə əsasən o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-386/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-386/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver