Məhkəmə qərarları › İş №3(044)-388/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-388/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-388/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Musa Tofiq oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X3 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X3 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhərində yerləşən və gül satışı ilə məşğul olan “Xarı bülbül” gül salonunun sahibkarıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov onun barəsində inzibati tənbeh vermə haqqında 07.02.2022-ci il tarixli MN ******* nömrəli qərar tərtib edərək, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan hərəkətdə vəzifəli şəxs statusu ilə günahlandırıb, 3000 manat cərimə etmişdir. Həmin Məcəllənin qöstərilən maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə belə tənbeh tətbiq edilə bilər. O isə Əmək Məcəlləsinin hər hansı maddəsini pozmamış, əmək müqaviləsi (kontraktı) olmadan işçi götürməmişdir. Barəsində tətbiq edilmiş qərar ya qərəzin, ya məlumatsızlığın, daha çox güman var ki, səhlənkarlığın məhsuludur. 07.02.2022-ci il tarixli MN ******* nömrəli qərardan və həmin qərardan əvvəl tərtib edilmiş 24.01.2022-ci il tarixli MN ******* nömrəli protokoldan aydın olur ki, guya o, X6 adlı şəxsi dükanında əmək müqaviləsi olmadan işlətmişdir. Lakin o, bu şəxsi 25.06.2021-ci il tarixdə işə götürmüş və dərhal da əmək müqaviləsi bağlayıb, onun vergiyə cəlb edilməsi üçün 12 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məlumat vermişdir. Bunun həqiqət olmasını onun ərizəyə əlavə etdiyi sənədlər təsdiq edir. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən aydın görünür ki, Rəşad Məmmədovun işə qəbul edilməsi barədə bildiriş 25.06.2021-ci il tarixdə imzamlanmış və həmin andan göndərilmişdir. Həmin bildirişə dair şübhə yaranarsa, məhkəmə 12 saylı Ərazi Vergilər İdarəsindən müvafiq arayış tələb edə bilər. Barəsində inzibati tənbeh tətbiq edilməsini ona görə səhlənkalığın nəticəsi hesab edir ki, işə qəbul edilən gün Rəşad Məmmədov bir nəfərlə mübahisə etmiş, onların münasibətləri polis araşdırmasının predmeti olmuşdur. Polis işçisi Rəşad Məmmədovun mağazada rəsmən işləməsini bilmədən səhlənkarlıq üzündən, bəlkə də qərəzlə Əmək Müfəttişliyini yoxlanmamış məlumat vermiş, Əmək Müfəttişliyi də eyni səhlənkarlığa yol verib, barəsində həm yuxarıda göstərilən potokolu tərtib etmiş, həm də qərar vermişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, faktlar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən rədd edilmiş və X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər X9 Xidmətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Xarı Bülbül” gül dükanı sahibkarı X8 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbi pozularaq X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsinə görə İXMnin 192.1-ci maddəsinə əsasən 3.000 (üç min) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də toplanmış HK-1/1350, 1359, 1360 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01.11.2021-ci il tarixli qərar ləğv edilməsi və toplanmış HK-1/1350, 1359, 1360 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və cinayət işinin istintaqının Gəncə şəhər BPİ-nin İTİ-nə həvalə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 01 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cinayət işinin başlanması rədd edilmiş və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər X9 Xidmətinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən X5 barəsində 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X8 İXM-nin 192.1-ci maddəsinə əsasən 3.000 (üç min) manat inzibati cərimə edilmişdir. Bundan sonra 04 mart 2022-ci il tarixdə cinayət işinin başlanması haqqında (Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati tədbir görülməsinə əsas olmuş 01.11.2021-ci il tarixli) qərar ləğv edilmişdir. Göründüyü kimi İXM-nin 192-ci maddəsinə əsas olmuş qərar ləğv edildiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən X5 barəsində qəbul edilmiş 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar da ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda işin icraatına xitam verilməlidir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda, X5 şikayəti təmin edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X3 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti Gəncə regional ərazi şöbəsinin 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar