Məhkəmə qərarları › İş №3(044)-389/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-389/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-389/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayonu Yol Patrul xidmətinin 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayonu Yol Patrul xidmətinin 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 mülkiyyətində olan “VAZ 21074” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 20 aprel 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində İmamzadə istiqamətində hərəkət edərkən AZNİXİ dairəsinin yaxınlığında Yol Patrul xidməti əməkdaşları onu saxlayaraq avtomobilinin dövlət qeydiyyat nişanının mövcud standartlara uyğun olmadığını bildirmiş və bu barədə protokol tərtib etmişlər. O, avtomobilə baxdıqda məlum olmuşdur ki, avtomobilinin qabaq nömrəsinin üstündə olan CİP düşmüşdür. Qeyd etmişdir ki, o, səhər saat 08 radələrində sükan arxasına oturarkən həmin CİP yerində olmuşdur, yəqin hərəkət edərkən düşmüşdür. Lakin, Yol Patrul Xidmətinin polis serjantı X3 onun sözlərinə məhəl qoymayaraq İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə olunmasına dair 20 aprel 2022-ci il tarixli, TP ******* saylı qərar qəbul etmişdir. O, hesab edir ki, Yol Patrul xidmətinin qərarı əsassızdır və qeyri obyektivdir. Belə ki, onun avtomobilində dövlət qeydiyyat nişanları nə saxta deyildir, nə də mövcud standartlara uyğun olmayan nömrə deyildir. Sadəcə olaraq avtomobilinin qabaq nömrəsində CİP düşüb itmişdir, arxa nömrəsində isə həmin CİP yerindədir. Hesab edir ki, onun barəsində cərimə qərarı çıxarmaqda Samux rayonu Yol Patrul xidməti haqlı olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayonu Yol Patrul xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayonu Yol Patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş, X2 barəsində tərtib edilmiş 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 idarə etdiyi “VAZ 21074” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı mövcud standartlara uyğun olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə də, X2 barəsində tərtib edilmiş 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X2 Samux rayonu Yol Patrul xidmətinin 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayonu Yol Patrul xidmətinin 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayonu Yol Patrul xidmətinin 20 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar