Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-390/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli protokolundan X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək müəyyən etd i m Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli protokolun qəbul edilməsi ilə pozulmuş hüququnun bərpa edilməsinə dair şikayətlə X2 məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o xx xxxxx 2020-ci il tarixdə saat 11- 15 radələrində onun olduğu sərnişin avtobusunu polis əməkdaşları saxlayıb icazə sms-ni yoxladılar, ona isə bildirdilər ki,+9948103 nömrəsinə icazə sms-ni sərnişin avtomobilində götürmüsən və onu ictimai nəqliyyatdan düşürmüşlər.Sonra ona bildirmişdilər ki, bütün dünya ölkələrini bürümüş karona Virus Pandemiyası və Respublikada tətbiq olunmuş karantin rejimini pozmuşdur.Halbuki, o karantin rejimi ilə əlaqədar qayda pozuntusu törətməmiş və belə bir protokolun mövcudluğundan ümumiyyətlə məlumatsız olmuşdur.Belə ki,o xx xxxxx 2020-ci il tarixdə Gəncə şəhəri,Sabir küçəsi,37 saylı evdə dostu gildə gecəni qonaq olmuş,xx xxxxx 2020-ci il tarixdə saat 11:07-də qonaq qaldığı ünvandan çıxarkən +9948103 nömrəsinə tətbiq olunmuş karantin rejimi ilə əlaqədar icazə almaq üçün sms göndərmiş və icazə almışdır.Ona zorla fiziki zor tətbiq edərək onu Gəncə şəhər Nizami RPİ-nə aparmışlar.Şöbədə araşdırma aparmışlar və onun günahı olmadığı üçün protokol tərtib etmədən onu buraxmışlar.Həmçinin “xxxxxxxxxxx” MMC-nin sms çıxarışından görünür ki,o həmin tarixdən icazə sms götürmüşdür. Ərizənin dəlillərini, ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, şikayət X1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-in 386-cı (Sübutlar) maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, xüsusi texniki vasitələrin göstəriciləri və inzibati xəta haqqında protokol məlumat daşıyıcıları olmaqla sübutlar hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarımış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 430.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 431.1.4-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Göründüyü kimi hazırki işlə bağlı tərtib edilmiş protokoldan şikayət verilməsi qanunla nəzərdə tutulmamışdır. Qeyd edilən işlə bağlı inzibati iş üzrə icraat protokolun tərtib edilməsi ilə başlanılır və inzibati orqan tərəfindən inzibati tənbeh verilməsinə dair qərarın qəbul edilməsi ilə sona çatır. İş materiallarından göründüyü kimi hazırki işlə bağlı tərtib edilmiş protokol inzibati iş üzrə qərar qəbul edilməsi üçün sadəcə sübut rolunda çıxış etmişdir. Qeyd edilənləri əsas götürərərək inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qanuna müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və İXM-in 109.1.6, 125, 127-ci maddələrini rəhbər tutaraq, qərara aldım Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli protokoldan X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Zaur Hünmətov.
Məhkəmə qərarları › İş №3(044)-390/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-390/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver