Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-390/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X3 iştirakı ilə xx xxxxxxxx 2004-cü il tarixdə Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir ona görə ki, o xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, A.İmamquliyeva küçəsi ev 9, mənzil 51-də yaşayan X8 məxsus VAZ 21099 markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 130 manat dəyərində “pioneer 50.70” markalı maqintafon oğurlamışdır. Həmçinin oğurluq etmək məqsədi ilə avtomobilə daxil olarkən avtomobilin ön alın şüşəsinin, qapı kilidlərinin və ban hissəsinin sındırılması nəticəsində zərərçəkənə 250 manat məbləğində qiyan vurmaqla cəmi 380 manat məbləğində zərər vurmuşdur. Bundan başqa Şəxs xx.xx.2021-ci il tararixdə gecə saatlarında Gəncə şəhəri, A.İmamquliyeva küçəsi, bina 17, mənzil 43-də yaşayan X7 məxsus VAZ 21015 markalı, **- CV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən ümumilikdə 330 manat dəyərində bir ədəd “pioneer” markalı maqnatafon və 2 ədəd səsgücləndiriçi oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X9 protokolda göstərilənləri müdafiə edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək etmiş olduğu əməllərdən peşman olduğunu bildirərək məhkəmədən mümkün qədər yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs oğlunun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 Əli İlqar oğlunun yetkinlik yaşına çatmamasını, əməlini səmini etiraf etməsinə və peşman olmasını nəzərə alaraq onun barəsində məhkəmədən mümkün qədər yüngül cəza tətbiq edilməsini xahiş etdi. Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarlar qəbul edilmişdir. Məhkəmə araşdırılması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesаb edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işlərin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibаti xətаları törətməsi öz təsdiqini tapır, qeyd edilən protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokollar üzrə inzibаti xətаları törətməsinə görə Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 227-ci mаddəsi ilə inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən ictimai işlər birinci və ikinci qrup əlillərə tətbiq oluna bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsin gənc olmasını, yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində həbs növündə qətimkan tədbiri seçilməsini zəruri hesab etmir və məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməklə tənbehin məqsədlərinə nail olmaq mümkündür. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş aşağı həddə ictimai işlər növündə tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi zəruri hesab edir. Bundan əlavə barəsində iş üzrə inzibati icraat aparılan şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində 2 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Şəxs oğlunun müdafiəsini məhkəmə iclasında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirdiyindən 12 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 60 ( altmış) saat ictimai işlərə cəlb edilsin. Şəxs oğlu ictimai işlər növündə tənbeh tədbirini yaşayış yeri üzrə çəksin. Qərarın icrası Gəncə Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. 12 manat məbləğində pul dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-390/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-390/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver