Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-391/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Cavadxan küçəsi, ev 68-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 06 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Oba” marketə alıcı qismində daxil olaraq piştaxtada olan hər biri 15 manat olmaqla 3 ədəd “vestqold” yağını gizli yolla oğurlamaqla X2 ümumilikdə 45 manat dəyərində ziyan vurmuşdur. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Oba” marketə daxil olaraq oradan 3 ədəd vestqold yağını gizli yolla ələ keçirmişdir. Oğurluq etməkdə məqsədi həmin yağları evə aparmaq olmuşdur. O, işləmir, pula ehtiyacı olmuşdur. Etdiyi əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Hal-hazırda zərərçəkmiş şəxs X2 dəymiş 45 manat zərəri qaytarmışdır və sonuncu ilə barışmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, 06.04.2021ci il tarixdə tanımadığı, adını sonradan bildiyi Şəxs “Oba” mağazaya alıcı kimi daxil olaraq yağlar olan piştaxtaya yaxınlaşıb hər biri 15 manat olan 3 ədəd “vestqold” yağını gizli yolla oğurlamışdır. Həmin şəxsi kamera vasitəsi ilə müəyyən etmişlər. Hal-hazırda Şəxs ona dəymiş 45 manat zərəri tam olaraq ödəmişdir. Şəxs tərəfindən vurulmuş ziyan tamamilə ödənildiyindən və onunla barışdığından Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 07 aprel 2021-ci il tarixli, HK-1/643 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş 45 manat ziyan tamamilə ödənilmişdir, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 53, 105, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-391/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-391/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver