Məhkəmə qərarları › İş №3(044)-392/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-392/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-392/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X6 oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, onun barəsində Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, o, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Çünki o, dövlət rüsumu ödəyərək “Fərqlənmə nişanı” almış və qanuni şökildə özünə məxsus QAZ-33021 markalı, 35BF259 dövlət qeydiyyat nişanlı avtomobili ilə kənd təsərrüfatı mallarının daşınması ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində “Dəyirman dairəsi” adlanan ərazidə həmin avtomobili ilə hərəkətdə olarkən YPX əməkdaşı onu saxlayaraq elektron portalda qeydiyyatdan keçmədiyi üçün barəsində inzibati protokol tərtib etmişdir. O, YPX əməkdaşına nəqliyyat idarəsində fərqlənmə nişanı ilə sərbəst hərəkət edə biləcəyini bildirdiklərini demiş, lakin sonuncu ona məhəl qoymamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarında avtomobil nəqliyyatı ilə yük daşımanın sərbəst olmasına baxmayaraq YPX əməkdaşı qanunsuz protokol tərtib etmiş və həmin protokol əsasında o, 200 manat cərimə edilmişdir. Onun həmin cəriməni ödəməyə maddi imkanı çatmır, buna görə də o, şikayətin təmin edilməsini və həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı X5 məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə işə inzibati xəta haqqında qərarı qəbul etmiş Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixdə qəbul edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2020-ci il tarixdə qəbul edilmiş ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə o, 200 manat məbləğində cərimə olunmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Gəncə regional bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 15-38 nömrəli arayışın surətindən görünür ki, X1 istifadəsində olan QAZ-33021 markalı, 35BF259 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dövlət rüsumu ödənişi əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 017741 nömrəli “Fərqlənmə nişanı” verilmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətçi Fərid Allahverdiyevxx.xx.2020-ci il tarixdə avtomobil ilə yük daşıması üçün Gəncə şəhərində hərəkətinə icazə verilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə “icaze.e-gov.az” portalına onun məlumatlarının daxil edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. O, yalnız aldığı Fərqlənmə nişanı məhkəməyə təqdim etmiş və sərbəst hərəkəti üçün onu əsas gətirmişdir. Halbuki “Fərqlənmə nişanı” xüsusi karantin dövründə sərbəst hərəkət üçün deyil, yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün verilir. Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin dispozisiyasına əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Qeyd olunan normalardan göründüyü kimi Namiq Xəlilov xüsusi karantin rejimi dövründə hərəkət üçün lazımı qaydada icazəsi olmadan yük avtomobili ilə hərəkət edərək karantin rejimini pozmuş, buna görə də Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnikleytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X2 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar