Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-393/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ HakimŞirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Hüquqi şəxs “X6” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs “X6” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə, müəyyən etd i: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən hüquqi şəxs “X6” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Nizami Rayоn Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, “X6” MMC tərəfindən,xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bugünə qədər məlumatı təqdim etməmişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs “X6” MMC-nin nümayəndəsi X2 bildirdi ki, inzibati xətanın törədilməsi barədə məlumatları yoxdur, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinəməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, “X6” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də “X6” MMC barəsində Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. İş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş sorğunun surətindən məlum olur ki, “X6” MMC-nin mülkiyyətində (istifadəsində) olan “Toyota Rav4” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2020ci il tarixdə saat 18:25-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarəetmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Poçt xəbərnaməsinin surətindən məlum olur ki, Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən “X6” MMC-nə ünvanlanmış məktub xx.xx.2020-ci il tarixdə hüquqi şəxsətəqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, “X6” MMC xx xxxx 2013-cü il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin “Avtomobillərin və X3 Topdan Satışı” əsas fəaliyyət növü, “Avtomobillərə Texniki Xidmət Göstərilməsi və Onların Təmiri” və “İxtisaslaşdırılmış Mağazalarda sair X5 Satışı” digər fəaliyyət növü ilə məşğul olmağı barədə məlumat aşkar edilmiş, hal-hazırda cəmiyyətin fəaliyyəti aktiv vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 123.1-123.3-cü maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “X6” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-393/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-393/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver