Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-393/2021 31.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Qorçuzadə Xanım Məhəmməd qızının katibliyi, Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, Təbriz küçəsi, ev 201-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(044)-4320/2018 saylı icra sənədinə əsasən Şəxs cəmi 260 manat məbləğində alimentin alınaraq X6 verilməsi qət edilmiş, borclu aliment borcunu ödəmədiyindən 6240 manat borcu yaranmış, borclu barəsində Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunu ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmiş, qərəzli olaraq ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs icra sənədi üzrə 6240 (altı min iki yüz qırx) manat aliment borcu vardır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 3(044)-393/2021 saylı qərarı ilə inzibati iş üzrə icraata Şəxs barəsində əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilmişdir. Qərardan narazı qalan tələbkar şikayət vermiş, Gəncə Apelyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 3(104)-168/2021 saylı qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 3(044)-393/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında materiala yenidən baxılması üçün iş məhkəməyə qaytarılmış, həmin materialın araşdırılması mənə həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 bildirdi ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 13.09.2018ci il tarixli 2(044)-4320/2018 saylı icra sənədinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs icradan boyun qaçıraraq icra sənədində göstərilən borcundan ödəniş etməmişdir. Buna görə də borclu Şəxs barəsində 08 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Hazırda borclu tələbkara olan borcundan 1000 manat ödəniş etmiş, bir müddət sonra 1000 manat da ödəməklə bağlı tələbkarla razılığa gəlmişdir. Borclunun barəsində qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən tələbkar X8 bildirdi ki, Şəxs icra sənədi üzrə 31 may 2021-ci il tarixdə ona 1000 manat ödəniş etmiş, borclu ilə qarşılıqlı razılığa gəlmişdir, borclu borcundan 31 iyul 2021-ci il tarixədək 1000 manat da ödəyəcəkdir və o alimentdən imtina edəcəkdir. Məhkəmədən Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o icra sənədi üzrə aliment borcundan 31 may 2021-ci il tarixdə 1000 manat ödəniş etmiş, icra sənədi üzrə borcundan ödənişlər edəcəkdir. Məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, onun vəkilinin, tələbkarın izahatlarını dinləyib, tələbkarın və borclunun ərizələrini nəzərdən keçirib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 03 oktyabr 2018-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(044)-4320/2018 saylı icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş, xəbərdarlıq təqdim edilmiş, izahatı alınmış, borclu barəsində əmlakının olub-olmaması barədə sorğu edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İş materiallarından və inzibati icraatın iştirakçılarının məhkəmədə verdiyi izahatlarından müəyyən edilir ki, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra Şəxs icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda borclu icra sənədi üzrə borcundan qismən ödəniş etmiş, bir müddət ərzində yenidən aliment borcundan ödəniş etməsi barədə tələbkarla razılığa gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, göründüyü kimi borclu tələbkara olan borcundan ödəməklə məhkəmə qərarının tamamilə icrasız qalmasının qarşısını qisməndə olsa almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata, əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-393/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-393/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver