Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-394/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. “Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsitərəfindən xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsitərəfindən Şəxs barəsində toplanaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında iş aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 317-6411-2020 nömrəli məktubundan məlum olur ki, xx xxxx 2020-ci il tarixdə sürücü Şəxs idarə etdiyi “Chevrolet Klan” markalı P810XA 71 rus dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti ilə düzünə “Dəyirmanın dairəsi” istiqamətində hərəkətdə olan zaman piyada X1 vurmuş olduğu ərazi Gəncə şəhəri Kəpəz rayonunun inzibati ərazi dairəsinə daxildir. İnzibati Xətalar Məcəlləsinin110.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş vermiş olduğu ərazi Gəncə şəhəri Kəpəz rayonu inzibati ərazi dairəsinə aid olduğundan qeyd edilən inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında iş aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət və protest verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-394/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-394/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver