Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-396/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 09.05.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 09.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı ** CM *** dövlət qeydiyyat nömərli nişanlı avtomobildən 75 manat və Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı ** JE *** dövlət qeydiyyat nömərli nişanlı avtomobildən 50 manat dəyərində akkumlyatorları götürərək oğurluq etmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs 07.05.2022-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanındakı iki mərtəbəli binanın qarşısında dayanmış VAZ 2106 markalı, 20CM183 dövlət qeydiyyat nişanlı avtomobildən 75 manat dəyərində akkumluyatoru və 15 manat dəyərindən 15 litr benzini oğurlayaraq Zərərçəkmiş şəxs2 90 manat ziyan vurmuş, bundan başqa 07.05.2022-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanındakı iki mərtəbəli binanın qarşısında dayanmış VAZ 2106 markalı, 20EJ734 dövlət qeydiyyat nişanlı avtomobildən 50 manat dəyərində akkumluyatoru oğurlayaraq Zərərçəkmiş şəxs1 50 manat ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaları törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini, ehtiyacı olduğu üçün oğurluq etdiyini bildirmişdir. Halhazırda zərərçəkmiş şəxslərlə barışdığını bildirmiş və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslərlə barışdığından və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 09.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-396/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-396/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver