Məhkəmə qərarları › İş №3(044)-401/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-401/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-401/2021 08.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Gəncə-Qazax regional bölməsinin baş məsləhətçisi X1 iştirakı ilə, Hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi şəxs “xxxx” MMC-nin barəsində İXMnin 538-1.2-ci maddəsi ilə 02 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə etməyərək, 26.02.2021-ci il tarixli AZ 031.27.02.00631.21 nömrəli, 01.03.2021-ci il tarixli AZ 031.27.02.00641.21 və AZ 031.27.02.00642.21 nömrəli uyğunluq sertifikatları vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Gəncə-Qazax regional bölməsinin baş məsləhətçisi X2 izahatında göstərmişdir ki, yoxlama zamanı müəyyən olunmuşdur ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə verilmiş 26.02.2021-ci il tarixli AZ 031.27.02.00631.21 nömrəli, 01.03.2021-ci il tarixli AZ 031.27.02.00641.21 və AZ 031.27.02.00642.21 nömrəli uyğunluq sertifikatlarında qeyd edilmiş komputerlər, paltaryuyan maşınların və tozsoranların sertifikatlaşması “xxxx” MMC-nin akkreditasiya sahəsinə və akkreditasiya nişanına aid deyil. Ona görə də, “xxxx” MMC-nin barəsində İXM-nin 538-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 mart 2021-ci il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, “xxxx” MMC-yə məxsus mağazalarda satılan bəzi məhsulların uyğunluq sertifikatlarının qanunauyğunluğunu yoxlamaq üçün həmin sertifikatlar Azərbaycan Akkreditasiya Mərkəzinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Akkreditasiya Mərkəzinin 18 mart 2021-ci tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə verilmiş 26.02.2021-ci il tarixli AZ 031.27.02.00631.21, 01.03.2021-ci il tarixli AZ 031.27.02.00641.21, AZ 031.27.02.00642.21 nömrəli uyğunluq sertifikatları “xxxx” MMC-nin akkreditasiya sahəsinə və akkreditasiya nişanına aid deyil. “xxxx” MMC-nin rəhbərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış 04.05.2021-ci il tarixli, 24/21 saylı məktubunun surətindən görünür ki, xxxx” MMC tərəfindən “xxxx” MMCyə verilmiş 26.02.2021-ci il tarixli AZ 031.27.02.00631.21, 01.03.2021-ci il tarixli AZ 031.27.02.00641.21, AZ 031.27.02.00642.21 nömrəli verilmiş uyğunluq sertifikatlarının ləğvi təsdiq edilib. Beləliklə də, məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, “xxxx” MMC tərəfindən İXM-nin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də “xxxx” MMCyə İXM-nin 538-1.2-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə etməmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsimalın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra- akkreditasiya)-qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum- malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı-uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin Qanunun 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2020-ci il 377 nömrəli qərarının 2.3-cü bəndinə əsasən bu Qaydaların 2.2-ci bəndində qeyd edilənlərdən əlavə malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir. Azərbaycan Respublikası İXM-nin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci mаddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar