Məhkəmə qərarları › İş №3(044)-403/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-403/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-403/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə X4 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli qərarlarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs X3 İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli qərarlarından məhkəməyə şikayət verərək, həmin qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, **-CZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobili idarə etmək etibarnamə əsasında ona etibar edilmişdir. O, həqiqətən də həmin avtomobili texniki baxışdan keçirməmişdir. Həmin avtomobil 2020-ci ilin noyabr ayından idarə olunmur. Lakin iki dəfə onun avtomobili barəsində texniki baxışı olmadığı üçün cərimə yazılmışdır. Ona görə hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli qərarları ləğv edilməlidir. Məhkəmə şikayət vermiş şəxs X4 izahatını dinləyərək, şikayətini, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli qərarlardan görünür ki, X2 Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən hər iki qərarla 50 manat inzibati cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir İşin faktiki hallarından və şikayətçinin izahatından göründüyü kimi, X6 həqiqətən də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirməmişdir. Odur ki, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli inzibati xəta haqqqında qərarların qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X4 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli qərarların ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 20.03.2021-ci il tarixli və 09.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar