Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-403/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 aprel 2022-ci il tarixli MN № ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 21 aprel 2022-ci il tarixdə saat 12:00-da Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən X6 məxsus “Aia Kassa OB Travel” adlı obyektinin qarşısında (açıq məkanda) “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi ilə nəzərdə tutulmuş açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımı yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, X8 Azərbaycan Respublikası İXM-nin 428.7.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən X6 məxsus “Aia Kassa OB Travel” adlı obyektinin qarşısında (açıq məkanda) reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımı yerləşdirilmişdir. Həmin əmələ görə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 428.7.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də X6 Azərbaycan Respublikasının İXM-nin 428.7.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, o, inzibati xəta törətməmiş, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Həmin ərazidə bütün obyektlərin qarşısında açıq məkanda reklam yerləşdirilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 aprel 2022-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, 21 aprel 2022-ci il tarixdə saat 12:00da Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən X6 məxsus “Aia Kassa OB Travel” adlı obyektinin qarşısında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklam yerləşdirdiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 aprel 2022-ci il tarixli 240 nömrəli “inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakdan imtina barədə” aktdan görünür ki, X8 21 aprel 2022-ci il tarixdə saat 11:00-da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X9 İdarəsinə dəvət olunsa da o, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, X8 vergi ödəyicisi olan fiziki şəxsdir, buna görə o, vəzifəli şəxs hesab olunur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Aia Kassa OB Travel” adlı obyektin qarşısında (OB X10 X12 X5 formasında) açıq məkanda reklam yerləşdirilmişdir. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş 21 aprel 2022-ci il tarixli MN № ******* nömrəli protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsinə əsasən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş vəzifəli şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncəşəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-403/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-403/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver