Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-404/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) X3 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru (probasiya üzrə) X3 bildirmişdir ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 3(044)-164/2020 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş 240 saat ictimai işlər çəzasının 108 saatını çəkmiş, 132 saat ictimai işlər çəzasını çəkməkdən isə qərəzli olaraq yayınmışdır. Bununla əlaqədar Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, cəzasının inzibati həbslə əvəz olunacağı barədə bildiriş verilmişdir. 2020-ci ilin sentyabr aından Şəxs icra şöbəsinə gəlmədiyi üçün Gəncə çəhər Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə 7(044)-29/2021 saylı qərar qəbul edilmiş, Şəxs Gəncə şəhər Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Şəxs inzibati tənbehin çəkilməsindən boyun qaçırdığından barəsində onun tərəfindən inzibati protokol tərtib edərək tədbir görülməsi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, qərəzli olaraq işləməyəcək, yəni ictimai işlər cəzasını çəkmək istəmir və cəzasının inzibati həbslə əvəz edilməsinə etiraz etmir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan cədvəllərdən görünür ki, Şəxs ona təyin olunmuş 240 saat ictimai işlər cəzasının 108 saatını xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Gəncə şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsinin 9 saylı sahəsində çəkmiş, xx.xx.2020-ci il tarixdən isə işə çıxmamışdır. İş materiallarında olan Gəncə şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsinin 9 saylı sahəsinin rəisi Eldar Kərimovun 28 və xx.xx.2020-ci il tarixli məlumatlarından görünür ki, Şəxs üzrsüz səbəbdən iş yerinə çıxmamışdır. İş materialarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Şəxs verilmiş electron nəzarət qurğusu və adapter anası Meysarat Hacıyevadan təhvil alınmışdır. İş materiallarında olan bildiriş və xəbərdarlıqlardan görünür ki, icra məmuru tərəfindən Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduğuna görə məsuliyyət daşıyacağı barədə dəfərlərlə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Gəncə şəhəri Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 529-cü maddəsinin qeydinə əsasən 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması, beləliklə də İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 154.9-cu maddəsinə əsasən işəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir. - 154.10-cu maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. - 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İşin faktiki hallarından göründüyü kimi Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıraraq üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamış və ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmşdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) ay inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-404/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-404/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver