Məhkəmə qərarları › İş №3(044)-405/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-405/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-405/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 22 mart 2021-ci il tarixdə Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, ev 65-də yaşayan X1 yaşadığı ünvana gedib onun azyaşlı oğlu Fərhad Qasımova atası Vəli Qasımovun xəbərinin olmasını deyib inandıraraq həyətdə olan ümumi dəyəri 432 manat təşkil edən 8 ədəd dəmir boruları götürüb Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən metal qəbulu emalatxanasına gətirib satmış, bununla da dələduzluq yolu ilə özgəsinin 432 manat dəyərində əmlakını talamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 15 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. 22.03.2021-cu il tarixdə Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, ev 65-də yaşayan X1 yaşadığı ünvana gedib onun azyaşlı oğlu Fərhad Qasımova atası Vəli Qasımovun xəbərinin olmasını deyərək həyətdə olan 8 ədəd dəmir boruları götürüb Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən metal qəbulu emalatxanasına gətirib şəxsiyyət vəsiqəsini təqdim edərək 123 manata satmışdır. Sonra isə həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxs X2 zərəri tam ödəmiş, onunla barışmışdır. Törətdiyi əməlindən peşmandır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, 22.03.2021cu il tarixdə Şəxs onun yaşadığı Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, ev 65 ünvanında yerləşən evinə gedib onun azyaşlı oğlu Fərhad Qasımova xəbərinin olmasını deyərək həyətdə olan 432 manat dəyərində olan 8 ədəd dəmir boruları götürüb Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən metal qəbulu emalatxanasına gətirib satmışdır. Şəxs tərəfindən ona dəymiş 432 manat dəyərində ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 03 aprel 2021-ci il tarixli, HK-1/552 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 53, 105, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar