Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-406/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar ona görə tərtib edilmişdir ki, o xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ev 625-də yaşayan X5 məxsus dəyəri 200 manat dəyərində Samsung A 10 markalı, 359-175-107-425-164, 359-176-107-425-162 imei kodlu mobil telefonu, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində isə Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan X2 məxsus VAZ 2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin içərisindən ümumi dəyəri 150 manat olan bir ədəd Samsung J3 mobil telefonu oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o oğurladığı telefonların hər birini 30 manata satmışdır. Buna baxmayaraq o telefonu satdığı şəxs vasitəsilə telefonlardan birini sahibinə qaytarmışdır. Hazırda etmiş olduğu əməldən peşman olduğunu, heç bir yerdə işləmədiyini bildirərək, barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami RPİnin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 Seymur İsmayıl oğluna inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarlar qəbul edilmişdir. İş materiallarında olan tutuma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il, saat 11.00-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ev 625-də yaşayan X3 yaşadıqları evin tərkibində işlətdikləri meyvə tərəvəz mağazasında tərəzinin yanında enerji yığmaq üçün qoyduğu oğlu ilə birgə işlətdikləri 200 manat dəyərində Samsung A 10 markalı, 359-175-107-425-164, 359-176-107-425-162 imei kodları olan mobil telefonu, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində isə Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan X2 məxsus VAZ 2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin içərisindən ümumi dəyəri 150 manat olan bir ədəd Samsung J3 mobil telefon Şəxs tərəfindən oğurlanmış, nəticədə zərərçəkmiş şəxslərə 350 manat dəyərində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır, o qeyd edilən protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, ictimai işlər növündə inzibati tənbehin verilməsi inzibati xəta törədən şəxsin şəxsiyyətinə uyğun deyildir.Belə ki, o məhkəmə iclasında əmək qabiliyyətli olmasını bildirərək pandemiya dövründən əvvəl işləyərək ayda 300-400 manat qazanca sahib olmasını qeyd etmişdir. Qazanc əldə etmək imkanına malik bir şəxsin başqasının mülkiyyətinə qəsd etməsi onun şəxsiyyətini mənfi cəciyyələndirən hallardan hesab edilməlidir. Bundan başqa da o zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın üçüncü şəxs vasitəsilə ödənilməsini bildirsə də iş materialları ilə dəymiş ziyanın ödənilməsi müəyyən edilmir. Dəymiş ziyan bir zərərçəkmiş şəxsə münasibətdə ödənilsə də belə digər zərərçəkmiş şəxslərə ziyan ödənilməmiş və bu barədə zərərçəkmiş şəxslər tərəfindən istər polis İdarəsinə, istərsə də məhkəməyə müraciət daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ictimai işlər növündə tənbehin tətbiqi kifayət sayıla bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xəta törətmiş şəxsin gənc olmasını, əməlini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxx 2021-ci il, saat 11:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-406/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-406/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver