Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-406/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş protokol iş materialları ilə birgə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində 10 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Göygöl rayon Polis Şöbəsinin MN ******* nömrəli, 05.02.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o tələbədir. Göygöl rayon Polis Şöbəsinin MN ******* nömrəli, 05.02.2022-ci il tarixli protokoluna əsasən o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 manat miqdarında cərimə olunmuşdur. Həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Odur ki, hazırki işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş: - 05.02.2022-ci il tаriхli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs оğlu Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibаti cərimə еdilmişdir. - 10.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibаti хətа hаqqındа prоtоkоldаn görünür ki, Şəxs 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə qəbul еdilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra еtməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs barəsində Göygöl rayon Polis Şöbəsinin MN ******* nömrəli, 05.02.2022-ci il tarixli qərarı 16.02.2022-ci il tarixdə qanuni qüvvəsini almış və hazırda, yəni 12.05.2022-ci il tarixdə 3 ay müddət tamam olmamış onun barəsində İXM-nin 529.1ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Halbuki həmin inzibati xətanın baş verməsi üçün qərarın qanuni qüvvəsini aldıqdan sonra 3 ay müddət keçməli və qanuni əsaslar olmadan icra edilməməlidir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin dispozisyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 10.05.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-406/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-406/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver