Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-407/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlı̇yev Namı̇q Sahı̇b oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlı̇yev Namı̇q Sahı̇b oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci tarixli, MN 0314151saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayonu ərazisində saat 10.20-də aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri "Fərqlənmə nişanı"nı təqdim etməmişdir. İnzibati protokol tərtib etrmiş şəxs belə hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta Nizami rayonunun ərazində aşkar edildiyindən onun tərəfindən inzibati xəta da məhz həmin ərazidə törədilmişdir. Bu səbəbdən də materiallar baxılması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda qeyd edilən maddi hüquq normasının məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında işə onun aşkar edildiyi yerdə deyil, onun törədildiyi yerdə baxılır. AR İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş qaydada qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin(fərqlənmə nişanını) təqdim edilməməsi inzibati xətanın həmin vaxt baş verməsi demək deyildir. Fərqlənmə nişanı avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları həyata keçirən şəxslər tərəfindən hər bir avtomobil nəqliyyatı vasitəsi üçün alınır. Yəni, fərqlənmə nişanı avtomobil üçün verilir, sürücü üçün yox. Bu da onu deməyə əsas verir ki, Şəxs tərəfindən avtomobilə fərqlənmə nişanın alınmaması ilə artıq inzibati xəta hadisəsi baş vermişdir. Ona görə də hesab edirəm ki, həmin işə onun yaşadığı yer üzrə baxılmalıdır. İş materiallarına əlavə edilmiş məlumatların sorğulanma tarixçəsindən görünür ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla,həmin ünvanda yaşayır. AR İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlı̇yev Namı̇q Sahı̇b oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-407/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-407/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver