Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-408/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X2 oğlunun katibliyi X1 iştirakı ilə, X3 04.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində DİN Baş X7i İdarəsinin 04.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, 04.04.2021-ci il tarixdə təxminən saat 10:30-11:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi 14 saylı tam orta məktəbin yanında UAZ-452 D yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı özünə məxsus olan şəxsi maşını ilə, həyətində saxladığı təsərrüfatına ot gətirərkən AZ ** YP *** nişanlı X7 maşını qabağına keçərək onu saxlamışdır. Anar adlı X7 işçisi apardığı ot yükünün şəklini çəkmiş və ot aparmağının guya qanunsuz olduğunu deyib, ona 40 manat cərimə yazmışdır. O, hesab edir ki, ot aparmaqla heç bir qanun pozuntusuna yol verməmişdir. O, otu avtomobili ilə daşıyarkən üzərinə örtük çəkməmişdir. Sonda o, ikinci qrup əlil olduğunu, heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin aşağı olduğunu nəzərə alıb, şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 04.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş fotoşəkillərdə UAZ-452D markalı ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində ot tayaları olduğu və üzərinə örtük çəkilmədiyi görünür. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X6 avtomobili ilə ot daşıyarkən həmin otun üzərinə örtük çəkməmiş, bununla da yük daşıma qaydalarını pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin Vİİ bəndinə əsasən taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 04.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X5 barəsində 04.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-408/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-408/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver