Məhkəmə qərarları › İş №3(044)-41/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-41/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-41/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, X5 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati protokoldan və 30 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati protokolundan və 30 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolu üzrə SmsRadar.az xidməti tərəfindən 28.10.2021-ci il tarixdə saat 10:35 radələrində onun istifadəsində olan mobil telefona sms vasitəsi ilə daxil olan məlumata əsasən idarə etdiyi Nissan March markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobillə 16.10.2021-ci il tarixdə saat 10:18:00 radələrində ünvan 1 ünvanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən ( Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) 100 manat məbləğdə 4 bal cərimə olunmağını qeyd etmişdir. 16.10.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayonunda Hundai ix35 markalı **- YP-*** dövlət nömrə nişanlı avtomobildə “xidmət aparan” və özünü Anar Abdullayev adlı şəxs kimi təqdim edən YPX-nin əməkdaşı o, hərəkətdə olduğu zaman idarə etdiyi avtomobilə ünvan 2 ünvanda saxlama əmri vermiş və o, Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanda yolun sağ tərəfində maşını dayandırmış, aparılan danışıqlar zamanı o, həmin əməkdaşa heç bir yol hərəkəti qaydasını pozmadığını bildirsə də, polis əməkdaşı buna əhəmiyyət verməyərək , qərəzli olaraq qayda pozulması ilə bağlı ona hər hansı bir foto və ya video görüntü kimi heç bir sübut və ya rəsmi sənəd təqdim etməmiş, sonradan isə Gəncə şəhər DYPŞ-nin YPXnin inspektoru polis serjantı X4 özü onun iştirakı olmadan qanunsuz İXP ******* saylı 16.10.2021-ci il tarixli protokol tərtib etmişdir. Bunu müəyyən etmək üçün Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ilə Həsən Əliyev küçəsinin kəsişməsində olan müşahidə kameraları və ya həmin əməkdaşın üzərində xidməti zamanı təhciz olan səs yazısını qeydə alan mikrofon vasitəsi ilə araşdırma aparmaq mümkündür. ünvan 4 ünvandan 505 saylı ünvana kimi birtərəfli hərəkət yoludur, qeyd edilən Hundai ix35 markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobil isə ünvan 5 ünvanda Heydər Əliyev adına olan meydanın mərkəzi giriş hissəsində yolun sağ tərəfində park şəklində dəyanmışdır. Qeyd etdiklərini həmin ərazidə olan müşahidə kameraları vasitəsi ilə müəyyən etmək olar. ünvan 6 ünvanda hərəkətdə olduğu zaman sükan arxasında qadın sürücü görüb maşının dalınca düşmüşdür, bununla da o vəzifə səlahiyyətlərindən sui-istifadə edərək , qanunsuz əməli ilə məşğul olduğunu sübuta yetirir. Gəncə şəhər polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı 16.10.2021-ci il məlumatı SmsRadar.az xidməti tərəfindən 28.10.2021-ci il tarixdə saat 10:35 radələrində göndərilən sms əsasında bilmişdir. Qeyd olunan İXP ******* saylı 16.10.2021-ci il protokolunu və həmin protokol üzrə qeyd olunan İXP ******* saylı 16.10.2021protokol üzrə olan TP ******* saylı 28.10.2021-ci il tarixli qərarının surətini özü 28.10.2021-ci il tarixdə AR DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-dən almışdır. Lakin bu məsələni obyektiv araşdırmadan Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə şəhəri DYPŞ-nin rəisi tərəfindən İXP ******* saylı 16.10.2021-ci il protokol üzrə qayda pozulması ilə bağlı hər hansı sübut olmadan, vizual olaraq TP ******* saylı 28.10.2021-ci il tarixdə qanunsuz qərar qəbul edilmişdir. Bu səbəbdən də qanunsuz tərtib olunmuş İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolu və TP ******* saylı 28.10.2021-ci il tarixli qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi təfindən həmin şikayətə baxılması üçün 19.11.2021-ci il tarixində məhkəmə iclasi təyin olunmuşdur. Məhkəmə tərəfindən Gəncə şəhəri DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı üçün dəvət olunmuş Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis seryantı X4 həmin məhkəmə posesində inzibati xətanın aşkar edilməsində və törədilməsi ilə bağlı (özünün məhkəmədə verdiyi ifadəsinə görə 14 il Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru işləməsinə baxmayaraq) hər hansı sübut təqdim edə bilməmişdir. Onun şikayətinə baxılaraq qismən təmin olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)- 922/2021 saylı 19.11.2021-ci il tarixli qərarı ilə İXP ******* saylı 16.10.2021-ci il protokol üzrə TP ******* saylı 28.10.2021-ci il qərarı ləğv edilmişdir. İşə yenidən baxılarkən məhkəmə qərarında göstərilən tələblərə diqqət yetirilməsi və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətində göstərdiyi mübahisəli halların araşdırılması üçün Gəncə şəhəri DYPŞ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-922/2021 saylı 19.11.2021-ci il tarixli qərarını 07.12.2021-ci il tarixdə özü şəxsən Gəncə şəhər DYPŞ-nin dəftərxanasına təqdim etmişdir. Lakin bu günə kimi o, həmin işlə bağlı Gəncə şəhər DYPŞ-nə dəvət olunmamışdır. SmsRadar.az xidməti tərəfindən 03.11.2021-ci il tarixdə saat 11:47 radələrində onun istifadəsində olan mobil telefonuna sms vasitəsi ilə daxil olan məlumata əsasən İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolu üzrə yenidən 30.12.2021-ci il tarixli icra qərarının qüvvəyə minməsi qeyd olunmuşdur. İXP ******* saylı 16.10.2021-ci il protokol üzrə olan TP ******* saylı 30.12.2021-ci il qərarının surətini özü 03.11.2021-ci il tarixdə Gəncə şəhəri DYPŞ-dən əldə etmişdir. Lakin bu məsələni təkrarən obyektiv araşdımadan Gəncə şəhəri DYPŞ-nin YPX-nin baş inspektoru polis kapitanı X10 tərəfindən İXP ******* saylı 16.10.2021-ci il protokol üzrə qayda pozulması ilə bağlı hər hansı sübut və dəlil olmadan, vizual olaraq TP ******* saylı 30.12.2021-ci il tarixli qərar qəbul edilmiş və onun Nissan March markalı, **- BF-*** qeydiyyat nişanlı avtomobillə 16.10.2021-ci il tarixdə saat 10:18:00 radələrində ünvan 1 ünvanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) 100 manat məbləğdə 4 bal cərimə olunmağı qeyd olunmuşdur. Belə ki, qeyd olunan qayda pozulması ilə bağlı inzibati xətanı aşkar edən YPX avtomobili və ya əməkdaşın haqqında, müvafiq inzibati protokol və eyni zamanda foto və ya video görüntüsü (cari tarix, saat) kimi təqdim edilən sübutlarda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vaistələrinin köməyi ilə aşkar edilmiş avadanlıq və ya cihazı barədə hər hansı bir məlumatlar İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolunda və eyni zamanda TP ******* saylı 30.12.2021-ci il tarixli qərarında qeyd olunmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-922/2021 saylı 19.11.2021-ci il tarixli qərarına əsasən AR DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə şəhəri DYPŞ-nin polis mayoru X3 İXP ******* saylı 16.10.2021ci il protokol üzrə TP ******* saylı 28.10.2021-ci il qərarının ləğv edilməsinə baxmayaraq, Gəncə şəhəri DYPŞ-nin YPX-nin baş inspektoru polis kapitanı X10 məhkəmə tapşırıqlarına əməl etmədən, İXP ******* saylı 16.10.2021-ci il protokol üzrə eyni mahiyyətli TP ******* saylı 30.12.2021-ci il tarixdə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinnin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X15 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində 16 oktyabr 2021-ci il tarixdə saat 10:18-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X15 Şöbəsinin polis mayoru, X3 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəlləyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xəta haqqında işin hallarından göründüyü kimi, X7 tərəfindən törədilmiş inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olmadığına baxmayaraq, onun barəsində məlumatı olmadan və həmin protokol üzrə araşdırma aparılması barədə məlumat verilmədən 30 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4cü maddəsində müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın kağız daşıyıcıda surəti səlahiyyətli orqan tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmişdir. Nəticədə isə X5 barəsində tərtib edilmiş inzibati xəta haqqına protokolun yuxarı səlahiyyətli orqana göndərilərək araşdırılması ilə bağlı hüquqları pozulmuşdur. Bundan başqa, əvvəlki məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahatında göstərmişdir ki, inzibati xəta hadisəsi Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində törədilmişdir, lakin 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın Gəncə şəhəri, Heydər Əliyev prospekti 429 ünvanda törədildiyi göstərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 30.10.2021-ci il tarixli məktubla ünvanlanmış İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarda X5 törətdiyi inzibati xəta ilə əlaqədar “əks istiqamətə idarə edib” hərəkətini etdiyi göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 barəsində tərtib edilmiş 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda onun “nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1,11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə” inzibati xətasını törətdiyi göstərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli 3(044)-922/2021 saylı qərarının surətindən görünür ki, şikayət qismən təmin edilmiş, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Gəncə şəhər X15 Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 28.10.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilmiş, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Gəncə şəhər X15 Şöbəsinə göndərilmişdir. Lakin işə yenidən baxılarkən məhkəmə qərarında göstərilən tələblərə diqqət yetirilməmiş və araşdırma aparılmadan eyni qərar qəbul edilmişdir. Beləlikə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X2 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin qərarla bağlı gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X2 16.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmiş İXP ******* saylı inzibati protokol və Gəncə şəhər X15 Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 30 dekabr 2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar