Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-411/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində ona məxsus “Mersedes-Benz C200” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonuna gedərkən, rayona çatanda telefonuna gələn mesaj vasitəsilə ona 40 manat məbləğində cərimə tətbiq edildiyi məlum olmuşdur. Mesajdan ona aydın olmuşdur ki, maşınının yük daşıma yerində yük olduğu üçün cərimə tətbiq edilmişdir. Lakin sonradan yadına düşmüşdür ki, həmin cəriməni ona tətbiq edən Dövlət Yol Polisinin inspektoru olmuş, o, həmin yolla hərəkətdə olarkən polis maşını onun maşınına yaxınlaşaraq arxadan şəkilini çəkmişdir. Lakin Dövlət Yol Polisinin əməkdaşı onu qayda pozduğu halda dayandırmalı, nasazlığı aradan qaldırılmasını ondan tələb etməli idi. Buna baxmayaraq, həmin polis əməkdaşı sakitcə şəkil çəkib, cərimə yazmağı üstün tutmuşdur. Həmçinin bildirir ki, “Yol hərəkəti haqqında Qanun”un 57-ci maddəsində göstərilmişdir ki, yükün daşınmasına: 1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması; 2)sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi: 3)yükün yerlə sürünməməsi və yola düşməməsi; 4)yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması; 5)səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. Həmin Qanunun 57-ci maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir. Bütün bu saydıqlarından tam şəkildə aydın olur ki, onun daşıdığı yük standartlara və qanuna tam və dolğun cavab verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.9-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin almaq hüquq vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olunsun. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X2 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Daxili İşlər Nazirliyi Baş Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 12:01-də “Mercedes Benz C200” markalı, ** DM *** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsi ilə Yevlax- Zaqatala-Gürcüstan yolunun 18 kilometrliyində yük daşıma qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən görünür ki, “Mercedes Benz C200” markalı, ** DM *** dövlət qeydiyyat nişanlıminik maşınının sürücüsü yük yerini açıq qoymaqla, iri həcmli, çox uzun əşya daşımaqla nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən görünür ki, inzibati xətanı BE5D0E95A9075F68 nömrəli kamera qeydə almış və həmin fotoşəkil qərara əlavə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin İİ hissəsinə əsasən, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. Həmin Qanunun 57-ci maddəsinin İX hissəsinin b bəndinə əsasən yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə iclasında tədqiq edilmiş işin bütün hallarının məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, X1 şikayətində göstərdiyi xüsusatlar əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz C200” markalı, ** DM *** dövlət qeydiyyat nişanlıminik maşınının sürücüsü yük yerini açıq qoymaqla, iri həcmli, çox uzun əşya daşımaqla nəqliyyat vasitəsini idarə etmişdir. Qərara əlavə edilmiş fotoşəkildən də görünür ki, həmin nəqliyyat vasitəsinin yük yerində olan əşya iri həcmli və çox uzun olduğundan və yük yerinə yerləşmədiyindən nəqliyyat vasitəsinin sürücüsü yük yerini açıq qoymaqla nəqliyyat vasitəsini idarə etmiş, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd edilən tələbləri pozulmuş, buna görə də X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək qırx manat məbləğində cərimə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-411/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-411/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver