Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-411/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 4-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 yanvar 2018-cı il tarixli, 2(043)- 367/2018 saylı icra sənədinə əsasən borclu Şəxs icra sənədində göstərilən qızıl-zinət və cehiz əşyaları alınaraq X1 hesabına ödənilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs qızıl-zinət əşyalarının və ya onların naturada dəyərinin alınaraq X2 verilməsi tələb edilsə də, o, hal-hazırda X2 məxsus olan qızıl-zinət əşyalarını və ya onların naturada dəyərini geri qaytarmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 yanvar 2018-cı il tarixli, 2(043)-367/2018 saylı icra sənədinə əsasən Şəxs X2 məxsus brilyant badam qaşlı kulonla birlikdə dəyəri 2000 manat olan 1 ədəd 750 əyyarlı ağ qızıldan 30 qram çəkidə boyunbağı, hörümçək formalı kulonla birlikdə dəyəri 3000 manat olan 750 əyyarlı 30 qram çəkidə bir ədəd zəncir formalı boyunbağı, 8 qram çəkidə paxlava formalı brilyant qaşlı 450 manat dəyərində 583 əyarlı üzük, dəyəri 500 manat olan 750 əyarlı bir ədəd nişan üzüyü, dəyəri 2200 manat bir ədəd yataq dəsti, 150 manat dəyərində bir ədəd çılçıraq, 150 manat dəyərində bir ədəd pərdə, 300 manat dəyərində 3x4 metr ölçüdə xalça, 50 manat dəyərində 2 ədəd ayaqaltı xalça, 80 manat dəyərində tozsoran maşın, 12 ədəd 70 manat dəyərində məhraba, 4 ədəd dəyəri 48 manat olan qətvə, 150 manat dəyərində 3 ədəd yataq dəsti, 2 ədəd dəyəri 320 manat olan örtük, dəyəri 210 manat olan 1 ədəd döşək və 180 manat dəyərində bir ədəd qara rəngli dondan ibarət əşyalar naturada, naturada mümkün olmadıqda isə dəyərləri alınaraq X2 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilmişdir. Lakin tələb Şəxs tərəfindən könüllü olaraq təmin edilməmişdir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs borcunu ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(043)-367/2018 saylı icra sənədinə əsasən ondan X2 məxsus əşyalar naturada, naturada mümkün olmadıqda isə dəyərləri alınaraq X2 verilməsi qət edilmişdir. O, pandemiya dövrü ilə əlaqədar olaraq üzürlü səbəbdən X2 olan borcunu ödəyə bilməmişdir. Hal-hazırda icra vərəqəsini icra etmişdir. Qeyd edilən halı nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(043)-367/2018 saylı icra sənədinə əsasən Şəxs ona məxsus cehiz əşyalar naturada, bu mümkün olmadıqda isə dəyərlərinin alınması qət edilmişdir. O, icra sənədində göstərilən cehiz əşyalarını naturada və pul şəklində (490 manat və 160 manat məbləğində ödəniş edilməklə) tam şəkildə qəbul etmişdir. Bununla da həmin icra sənədi Şəxs tərəfindən tam şəkildə icra edilmişdir. Şəxs borcunu indiyədək ödəyə bilməməsinin səbəbi pandemiya dövrü ilə əlaqədar olaraq heç bir yerdə işləməməsi ilə bağlı olmuş, yəni üzürlü səbəblərlə əlaqədar olaraq Şəxs borcunu tam şəkildə ödəyə bilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(043)-367/2018 saylı icra sənədinin surətindən müəyyən olunur ki, Şəxs X2 məxsus brilyant badam qaşlı kulonla birlikdə dəyəri 2000 manat olan 1 ədəd 750 əyyarlı ağ qızıldan 30 qram çəkidə boyunbağı, hörümçək formalı kulonla birlikdə dəyəri 3000 manat olan 750 əyyarlı 30 qram çəkidə bir ədəd zəncir formalı boyunbağı, 8 qram çəkidə paxlava formalı brilyant qaşlı 450 manat dəyərində 583 əyarlı üzük, dəyəri 500 manat olan 750 əyarlı bir ədəd nişan üzüyü, dəyəri 2200 manat bir ədəd yataq dəsti, 150 manat dəyərində bir ədəd çılçıraq, 150 manat dəyərində bir ədəd pərdə, 300 manat dəyərində 3x4 metr ölçüdə xalça, 50 manat dəyərində 2 ədəd ayaqaltı xalça, 80 manat dəyərində tozsoran maşın, 12 ədəd 70 manat dəyərində məhraba, 4 ədəd dəyəri 48 manat olan qətvə, 150 manat dəyərində 3 ədəd yataq dəsti, 2 ədəd dəyəri 320 manat olan örtük, dəyəri 210 manat olan 1 ədəd döşək və 180 manat dəyərində bir ədəd qara rəngli dondan ibarət əşyalar naturada, naturada mümkün olmadıqda isə dəyərləri alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” 20 iyun 2018-ci il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 yanvar 2018-cı il tarixli, 2(043)-367/2018 saylı icra vərəqəsi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Xəbərdarlıq” məktubundan görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi olaraq xəbərdarlıq məktubu təqdim edilmiş və o, həmin xəbərdarlıq məktubunu şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 təqdim etdiyi ərizədə Şəxs borcunu üzürlü səbəblərlə əlaqədar olaraq ödəyə bilmədiyini, hazırda icra sənədinin icra olunduğunu və Şəxs qarşı heç bir şikayətinin olmadığını və Şəxs barəsində olan həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə borcunu pandemiya dövrü ilə əlaqədar olaraq işləmədiyindən üzürlü səbəbdən ödəyə bilməmiş, hazırda icra sənədini icra etmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, borclu Şəxs işləmir, həmçinin ona məxsus bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq, eyni zamanda proses iştirakçılarının izahatlarını dinləyərək, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə əlaqədar olmadığını qeyd edir. Belə ki, işin halları üzrə müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə borcunu ödəmişdir. Göründüyü kimi, Şəxs əməlində icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi və yaxud əməlin qərəzli törədilməsi müəyyən edilməmişdir. Beləliklə də, qeyd edilənlər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-411/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-411/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver