Məhkəmə qərarları › İş №3(044)-412/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-412/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-412/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə X2 Gəncə şəhər Kəpəz Rayon polis İdarəsinin sahə rəisi Rəhim İbrahimov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərardan şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs X1 şəhər Kəpəz Rayon polis İdarəsinin sahə rəisi Rəhim İbrahimovun tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 Musa oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, Rəhim İbrahimov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində müəyyən edilmiş epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, onun barəsində xx.xx.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, xx xxxx 2020-ci il tarixdə ***-***-**-** nömrə ilə SMS - icazə aldıqdan sonra saat 18 radələrində Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən “Dubay” bazarından bazarlıq edib, 11 nömrəli avtobusa minib, yaşadığı mənzilə qayıdarkən “Metallurq” stadionunun yaxınlığında olan svetoforda avtobusu polislər saxlamışlar. Polis əməkdaşları ondan sanitariya-gigiyena və karantin rejimləri dövründə nəyə görə fərdi qoruyucu vasitədənqoruyucu tibbi maskadan istifadə etməməsinin səbəbini soruşmuşlar. O isə bildirmişdir ki, yaşlı olduğundan, eyni zamanda xəstə olması ilə əlaqədar, yəni səhhətinə görə qoruyucu tibbi maska istifadə edə bilmir. O, həqiqətən də həmin vaxt qoruyucu tibbi maskadan istifadə etməmişdir. Hesab edir ki, o, yaşlı və təqaüdçü olduğundan İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi onun barəsində tətbiq edilə bilməz. Ona görə də Gəncə şəhər Kəpəz Rayon polis İdarəsinin sahə rəisi Rəhim İbrahimovun onun barəsində tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməlidir. Məhkəmə şikayət vermiş şəxs X2 izahatını dinləyərək, şikayətini, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Gəncə şəhər Kəpəz Rayon polis İdarəsinin sahə rəisi X2 barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, polis əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edərkən o, həqiqətən də qoruyucu tibbi maskadan istifadə etməmişdir. İşin faktiki hallarından göründüyü kimi, X2 əməlində “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması” inzibati xətasının tərkib əlamətlərinin olması onun məhkəmə iclasında verdiyi özünün etirafedici izahatı, işə əlavə edilmiş inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X2 barəsində Gəncə şəhər Kəpəz Rayon polis İdarəsinin sahə rəisi tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2, Gəncə şəhər Kəpəz Rayon polis İdarəsinin sahə rəisi Rəhim İbrahimov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar