Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-413/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, İnzibati protokol tərtib etmiş şəxs X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Gədəbəy rayonunun İnəkboğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir ona görə ki, o xx.xx.2020-ci ildə saat 22:30 radələrində H.Əliyev parkında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş və Nizami RPİ-nin NH-nin iş rejimini pozmaqla polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhəri, Nizami RPİ-in polis sahə rəisi polis baş leytenantı X3 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, xx.xx.2020-ci ildə saat 22:30 radələrində H.Əliyev parkında bir nəfər uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. O, Nizami RPİ-nin NH-nin polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o H.Əliyev parkının qarşısında gəzərkən tanışları ilə qarşılaşmış, sərxoş olduğundan hərəkətlərinin mahiyyətini bilməmişdir. O, əməlindən səmimi peşman olmasını, polis əməkdaşlarından üzr istəməsini nəzərə alaraq ona daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahatında göstərdi ki, o Gəncə şəhər BPİ-nin PPX taborunda polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci ildə Gəncə şəhərində yerləşən Heydər Əliyev adına parkda post yoldaşı X5 ilə xidmətdə olarkən təxminən saat 22.30 radələrində bir nəfər şəxs ucadan nalayiq ifadələr işlətdiyindən ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Şəxs olmuşdur. Şöhrəti nizam-intizama dəvət etsələr də o onların qanuni tələblərinə tabe olmamışdır. O polis idarəsinə dəvət edildikdən sonra da nalayiq ifadələr işlətməklə öz qanunsuz hərəkətlərini davam etdirməyə başladı. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 izahatında göstərdi ki, onlar xidmətdə iki nəfər olublar. Bir nəfər uca səslə ünvansız nalayiq ifadələr işlədirdi. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Şöhrəti nizam-intizama dəvət etsələr də o onların qanuni tələblərinə tabe olmamışdır. O polis idarəsinə dəvət edildikdən sonra da nalayiq ifadələr işlətməklə öz qanunsuz hərəkətlərini davam etdirməyə başlamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbindən də göründüyü kimi o halda şəxs qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilir ki, tələb edən şəxs polis əməkdaşı olmalı və onun tələbi qanuni olmalıdır. Tələb edən şəxslərin polis əməkdaşları olması işin halları ilə, o cümlədən inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. O cümlədən də polisin tələbinin qanuni olub-olmaması ilə bağlı da məhkəmə onu qeyd edir ki, iş materialları ilə, o cümlədən inzibati xəta törətmiş şəxsin izahatı ilə də müəyyən edilir ki, Şəxs H.Əliyev parkının qarşısında gəzərkən tanışları ilə qarşılaşdığını və öz aralarında ucadan nalayiq ifadələr işlətdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları gəlmiş, onu nizam intizama dəvət etmişlər. Lakın o ickili olduğunu və özündən asılı olmayaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və həmin hərəkətlərlə ictimai qaydanı pozmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs həbslə bağlı olmayan, cərimə növündə inzibati tənbehin verilməsinə dair dəlillərinə də hüquqi qiymət verərək onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 4cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası,ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhz bu baxımdan məhkəmə onu qeyd edir ki, həbslə bağlı olmayan inzibati tənbehin verilməsi ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə zidd olmaqla, həmin tənbehin qəbul edlməsi inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə də uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sansksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli və həbsin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il, saat 22.50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il, saat 22.50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis X1rın Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-413/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-413/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver