Məhkəmə qərarları › İş №3(044)-413/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-413/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-413/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər X8 Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, bina k-1, ev 7-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 342.2.3 və 511.1-ci maddələri ilə Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan müəyyən olunur ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 12:40-da idarə etdiyi “VAZ-21154” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, M.C.Paşayev küçəsi istiqamətindən 28 May küçəsinə düzünə hərəkətdə olarkən Nizami prospektinin kəsişməsində işıqforun qadağanedici işığına məhəl qoymayaraq hərəkətini davam etdirərək yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 12:40-da idarə etdiyi “VAZ-21154” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, M.C.Paşayev küçəsi istiqamətindən 28 May küçəsinə düzünə hərəkətdə olarkən Nizami prospektinin kəsişməsində işıqforun qadağanedici işığına məhəl qoymayaraq hərəkətini davam etdirmiş, YPX əməkdaşlarının saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmiş, bundan başqa Şəxs nəqliyyat vasitəsinin istismarı qaydasını pozmuş, belə ki o nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olan inzibati xəta da törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 342.2.3 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirdi ki, Gəncə şəhər X8 Şöbəsinin əməkdaşıdır. xx xxxxx 2021-ci il tarixdə xidmətdə olan zaman Şəxs idarə etdiyi “VAZ- 21154” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, M.C.Paşayev küçəsi istiqamətindən 28 May küçəsinə düzünə hərəkətdə olarkən Nizami prospektinin kəsişməsində işıqforun qadağanedici işığına məhəl qoymayaraq hərəkətini davam etdirərək yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaratmasını görərək ona saxla işarəsi versə də, Şəxs saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol vermiş, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Şəxs idarə etdiyi avtomobillə Eminbəyli küçəsində saxlayaraq onun inzibati xəta törətməsini ona bildirərək avtomobili duracağa yerləşdirilmiş, özü isə barəsində inzibati protokol tərtib edilməsi üçün şöbəyə dəvət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, əməlindən səmimi peşmandır, ilk dəfədir ki inzibati xəta törədir, bir daha belə hallara yol verməyəcək. xx xxxxx 2021-ci il tarixdə saat 12:40-da idarə etdiyi “VAZ-21154” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, M.C.Paşayev küçəsi istiqamətindən 28 May küçəsinə düzünə hərəkətdə olarkən Nizami prospektinin kəsişməsində işıqforun qadağanedici işığına məhəl qoymayaraq hərəkətini davam etdirmiş, yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Yol polisi əməkdaşları ona saxla işarəsi versələr də, o qorxduğundan avtomobilini saxlamamış və hərəkətini davam etdirmişdir. Eminbəyli küçəsində olarkən yol patrul xidməti əməkdaşları onu saxlayaraq avtomobilini duracağa yerləşdirmişlər və onu şöbəyə dəvət etmişlər. Avtomobilində istismar qaydalarını pozmuş, belə ki konstruksiya dəyişikliyi edərək avtomobilin arxa yaylarını kəsmiş, o formada avtomobili idarə etmişdir. Məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafəçisi X4 izahat verərək göstərdi ki, Şəxs cavan olmasını, əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirərək, qeyd edilənləri əsas gətirib məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatlarını, inzibati xəta törətmiş şəxsin müdafiəçisinin fikrini dinləyərək, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. xx xxxxx 2021-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 342.2.3 və 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun ilk dəfə inzibati xəta törətdiyini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alsa da, onun barəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-in 327.1, 327.2 və 342.2.3-cü maddələrinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Buna görə də inzibati xəta haqqında protokol həmin hissədə müvafiq tədbirlər görülməsi üçün daxili işlər orqanına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə təqdim edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 342.2.3-cü maddələri üzrə müvafiq tədbirlər görülməsi üçün inzibati xəta haqqında protokol daxili işlər orqanına qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar