Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-415/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X2, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPİ-nin PB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və qanuni nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 iştirakı ilə, xx xxx 2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 28A-da qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında X9 məxsus 360 manat dəyərində mobil telefonu onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə götürərək xırda talama etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar xx xxxxxx 2020-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-nin PB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X11 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs, xx xxxxxx 2020-ci il tarixdə vətəndaş X8 etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona qarşı dələduzluq etmiş, 360 manat dəyərində “X17 8” markalı mobil telefonunu götürmüşdür. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs yetkinlik yaşına çatmamasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan inzibati qaydada tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X3 iştirakı Şəxs izahat verərək bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində X6 mobil telefonunu zəng etmək adı ilə almış, daha sonra həmin telefonu ona qaytarmamış və telefonu söndürmüşdür ki, telefonun sahibi onu tapmasın. Buna görə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda əməlindən peşmandır, yetkinlik yaşına çatmayıb və bir daha bu kimi hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X4 bildirdi ki, Şəxs törətmiş olduğu əməldən peşmandır, yetkinlik yaşına çatmamışdır. Ona görə də məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan polis sahə rəisi, polis polkovnik-leytenantı X11 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş MN № ******* protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında vətəndaş X9 məxsus 360 manat dəyərində “X17 8” markalı mobil telefonu onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə götürərək xırda talama etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X12 DİN-in 102 xidmətinə, sonradan Gəncə şəhəri Nizami Rayon Pois Bölməsinə müraciət edərək bildirmişdir ki, Elmar adlı tanıdığı şəxsin ona məxsus dəyəri 360 manat olan “X17 8” markalı mobil telefonunu daşımaq adı ilə etibarından sui-istifadə edib aldadaraq ondan aldığı və qaytarmayaraq dələduzluq etdiyini bildirmişdir. Həmin fakt əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, inzibati protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Şəxs yetkinlik yaşına çatmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, Şəxs, təqsirləndirildiyi İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Belə ki, qanunverici tərəfindən müəyyən edilmiş tələblərə əsasən, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilə bilməz və bu imperativ xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını və həmin Məcəllənin 32.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona ictimai işlər növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda gostərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-415/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-415/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver